19 yaşlı oğlan birlikdə tətilə getdiyi 20 yaşlı qızı otel otağında yastıqla boğaraq öldürüb, sonra da cəsədini çemodana qoyaraq oteldən çıxarıb, metro stansiyasının yaxınlığına atıb.
Honq-Konqda yaşayan 20 yaşlı Poon Hiu-wing-in cəsədini polislər Tayvanın paytaxtı olan Taybey şəhərindən tapıblar.
Qızlarının evə qayıtmadığına görə narahat olan valideynlər onun itkin düşməsi barədə polisə məlumat veriblər. Polis Taybey şəhərindəki metrostansiyaların birindən Poon Hiu-wing-in cəsədini tapıblar.
İlk şübhəli kimi qızın sevgilisi Chan Tung-kai saxlanılıb. Onun birlikdə tətilə getdiyi sevgilisini yastıqla boğub öldürdüyü məlum olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?