GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » “TATAROĞLU”nun SÜQUTU! – Türkiyənin ən güclü media patronunun imperiyası niyə çökdü?

“TATAROĞLU”nun SÜQUTU! – Türkiyənin ən güclü media patronunun imperiyası niyə çökdü?

Tarix: 26-03-2018, 16:27 Bölmə :Maraqlı Baxış: 407
“TATAROĞLU”nun SÜQUTU! – Türkiyənin ən güclü media patronunun imperiyası niyə çökdü?


Məşhur “Kurtlar Vadisi” serialındakı personajların böyük əksəriyyəti real həyatda mövcüd olan tanınmış şəxslərin prototipləridir. Bu filmi çəkənlər sonradan “şitini çıxarsalar” da, ilk bölümlərdə yer alan obrazlar Türkiyənin siyasi həyatında və kriminal dairələrdə baş verənləri olduğu kimi əks etdirirdi, personajlar isə bu proseslərdə iştirak edən əsas şəxslərin adı dəyişdirilmiş kopyaları idilər. Doğrudur, bəzi obrazların real həyatdakı kimliklərilə bağlı fikir ayrılığı mövcuddur. Lakin bu serialda yer alan Davud Tataroğlunun Türkiyənin gəlmiş-keçmiş ən böyük media maqnatı Aydın Doğanın praobrazı olduğuna heç kim şübhə etmir. Filmdə Tataroğlu ABŞ-ın və ümumilikdə Qərbin Türkiyədəki bir nömrəli təmsilçisi, hökumətə və ictimai rəyə böyük təsir imkanlarına malik əsasən mənfi obraz kimi əks etdirilib. Filmdəki Tataroğlu sonda Qərbin dəstəyini və öz nüfuzunu tamamilə itirir. Aydın Doğan da elə bu günlərdə karyerasının və həyatının qürub çağını yaşamaqdadır. Və bunun ən əsas sübutu onun əlində qalmış son media orqanlarını – Hürriyet, Posta, Fanatik qəzetləri, Kanal D, CNN Türk, D-Smart telekanalları və Doğan Xəbər Agentliklərini Erdoğan Demirören adlı hökumətə yaxın digər media maqnatına devr etməsidir.

gundemxeber.az bildirir ki, hazırda bu alqı-satqının özü, onun baş vermə səbəbləri, detalları və qaranlıq məqamları Türkiyə mətbuatında və siyasi çevrələrdə Afrin əməliyyatından sonra ən çox müzakirə olunan mövzudur. Hətta Suriyada baş verənlərin kölgəsi olmasaydı, Aydın Doğanın çöküşünün Türkiyə tarixində nə qədər əhəmiyyətli və dərin izlər buraxan hadisə olduğunu daha aydın görmək olardı.

Türkmü, ermənimi, yəhudimi…

1936-cı ildə Türkiyənin şimal-şərqində yerləşən Gümüşhane bölgəsində anadan olan Aydın Doğanın milliyyəti və ailə mənsubiyyəti barədə çoxlu sayda qaranlıq və ziddiyyətli məlumatlar dərc olunub.

Onun erməni, yaxud yəhudi əsilli olması barədə fikirlərə daha çox rast gəlinsə də, rəsmi qeydlərdə bu barədə nəsə tapmaq mümkün deyil. Həmçinin, onun anasının milliyyəti ətrafında müxtəlif ziddiyyətli məlumatlar mövcuddur. Ən populyar versiya Aydın Doğanın türk ailəsi tərəfindən övladlığa götürülmüş erməni uşağı olmasıdır.

Bundan başqa, ən çox tirajlanan məlumatlardan biri, onu Türkiyənin ən böyük, varlı və nüfuzlu ailələrindən sayılan Koç ailəsinə mənsub olmasıdır.Bildirilir ki, guya Doğan, Koç ailəsinin bugünkü mövqeyinin təməlini qoyan Vehbi Koçun oğludur.Çünki rəsmi qeydlərdə göstərildiyi kimi, sadə və heç bir mirası olmayan ailədə doğulan A.Doğanın birdən-birə böyük biznes və media imkanlarına yiyələnməsi mümkünsüz idi. Mətbuatda və cəmiyyətdə dolaşan bəzi məlumatlara görə, Vehbi Koçun Anadoluda milliyəti mübahisəli olan qadından bir oğlu varmış, lakin bunu öz ailəsindən gizlədirmiş. Sonradan məsələnin üstü açılır və ailə bu faktı qəbul etməli olur. Aydına Koç soyadı verilməsə də, böyük güc və dəstək verilir.

Əlbəttə ki, bunların hamısı fantastik görünən və faktlarla təsdiqlənməyən məlumatlar olsa da, cəmiyyətdə kifayət qədər geniş yayılıb. Nəticədə əsasən inşaat maşın və avadanlıqlarının ticarətindən tutmuş nəqliyyat sektoruna qədər fərqli çalışmaları olan və çox da boy göstərməyən A.Doğan 1979-cu ildə birdən-birə Türkiyənin ən nüfuzlu dərgilərindən olan “Milliyyət” qəzetini satın alaraq, media sektoruna girir. O zaman qəzetin satılmasına qarşı çıxan Sahi Abdi İpekçi isə müəmmalı şəkildə həyatını itirir.

Hər şey də bundan sonra başlayır. Artıq uzun müddətdir ki, Türkiyədə çoxları A.Doğanı Koç ailəsinin mediadakı kölgəsi hesab edir və onun bütün qüdrətinin arxasında məhz bu ailənin dayandığı güman olunur. Ancaq məsələ ondadır ki, Koç ailəsinin özü də bir çox dairələr tərəfindən dünya qaranlıq güclərinin Türkiyədəki baş təmsilçisi hesab olunur. Vehbi Koçun isə sionist güclərin təsiri və himayəsi altında olduğu iddia edilir.

Bir sözlə, Türkiyə cəmiyyəti və mediasına nəzərən, hansı tərəfə çevirsəniz, Aydın Doğanın milliyyəti və hansı güclərə xidmət etməsilə bağlı birmənalı fikir hasil etmək mümkün olmayacaq. Ancaq əksəriyyət onun Türkiyənin maraqlarına xidmət etmədiyi düşüncəsindədir. Bəlkə elə haqqında bəhs etdiyimiz filmin yönətmənləri üçün də onun mənsubiyyəti qaranlıq olduğundan “Davud Tataroğlu “ adından istifadə ediblər…

Baş naziri “pijamada” qarşılayacaq qədər cəsarət…

Ancaq bir şey birmənalıdır ki, Ərdoğan dönəminə qədər A.Doğan Türkiyədə hökumət gətirib –hökumət götürən gücə malik birisi kimi tanınıb. Təsəvvür edin ki, baş nazirlər “keçmiş olsun” demək üçün onun ayağına gedirmiş. Nə Tansu Çillər, nə Məsud Yılmaz,nə Nəcməddin Ərbakan, nə də Süleyman Dəmirəl onun öhdəsindən gələ bilməmiş, hətta ondan ehtiyatlanırmışlar. İş o yerə çatıbmış ki, 1997-1999-cu illərdə baş nazir olmuş Məsud Yılmaz A.Doğanın hüzuruna getmiş, o isə Yılmazı “pijama”da qarşılamış və uğurlamışdı. Bu hadisə böyük səs-küyə səbəb olmuş və dövlətə, hökumətə qarşı hörmətsizlik kimi qarşılanmışdı.

Buna baxmayaraq, Bülənt Ecevit hökuməti və Süleyman Dəmirəlin prezidentliyi dövründə – 1999-cu ildə qardaş ölkənin ən ali ordenlərindən olan “Türkiye Cumhuriyeti Devlet Üstün Hizmet Madalyası” ilə təltif olunan Doğan media səltənətinin şəksiz hökmdarı olaraq qalırdı.

Qərbin güc mərkəzlərinin sifarişlərilə hərəkət etdiyi deyilən bu şəxsin adı uzun illər hökumətlərin istefaya göndərilməsi və yenilərinin formalaşmasında əsas söz sahiblərindən biri kimi hallanıb. Lakin ona qarşı Türkiyə cəmiyyətində birmənalı olmayan münasibətə rəğmən, Doğanın media üçün etdikləri də az olmayıb. Məhz onun rəhbərlik etdiyi qurumlar Türkiyədə medianın cəmiyyətdəki rolunun artmasında müstəsna rol oynadı. İnsaf naminə deməliyik ki, bu media quruluşlarında olduqca istedadlı və peşəkar kadrlar yetişdi və püxtələşdi ki, onların da böyük bir qismi müsbət mənada Türkiyə cəmiyyəti üçün tapıntı hesab edilir.

Özü hansı qüvvələrə və niyyətlərə xidmət etməsindən asılı olmayaraq, xüsusilə peşəkar jurnalistlərin hazırlanması üçün özəl məktəblər açıb. Bununla yanaşı, orta təhsil verən daha 8 məktəb inşa etdirib (Bu məktəblərdə təhsil alanların “beyinlərinin yuyulduğu”, onların içərisindən istedadlı gənclərin seçilərək, Qərbin müəyyən dairələrinin maraqlarına xidmət etmək üçün hazırlandığı da Türkiyədə uzun müddətdir müzakirə mövzusudur-red.). 2004-cü ildə Dünya Qəzetlər Birliyinin (World Association of Newspapers -WAN) toplantısında qurumun sədr müavini seçilən ilk və tək türkiyəli olmuşdu. Sonradan hətta AKP-nin yaradıcılarından olan, ancaq sonradan partiya rəhbərliyindən uzaqlaşdırılan Türkiyə parlamentinin spikeri postunu daşımış Bülənt Arınc televiziya proqramlarının birində Doğana qarşı mənfi münasibətin yanlış və haqsız olduğunu söyləmişdi.

“Hökumətlər qurub, hökumətlər yıxan” Doğanı necə “sındırdılar”?

Ancaq Bülənt Arıncdan fərqli olaraq, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib.Ərdoğan Doğana qarşı mənfi münasibətini əvvəllər nisbətən üstüörtülü formada, sonradan isə açıq şəkildə ortaya qoydu.

Bundan sonra hökumətə yaxın mediada Aydın Doğanın həm Türkiyə dövlətinin deyil, Qərbin müəyyən güclərinin maraqlarına xidmət etdiyi, həm də dindar kəsimə qarşı düşmən münasibətdə olduğu açıq şəkildə ifadə edilməyə başladı. Bu təqdimat isə cəmiyyətdə kifayət qədər özünə yer aldı. Türkiyə ictimaiyyəti “hökumətlər qurub, hökumətlər yıxan” Doğanın əsl kimliyini tanımağa başladı.

Bundan başqa, erməni, yəhudi və digər millətlərdən olan və bəzən Türkiyənin milli maraqlarını belə təhlükə altına alan mövqedə duran yazarlara Doğana məxsus media qurumlarında zaman-zaman yer verilib. Belə hallar nə qədər söz azadlığı ilə əsaslandırılmağa çalışsa da, cəmiyyət və xüsusilə hökumət tərəfindən etirazla qarşılanıb.Getdikcə AK Partiya hökumətinin güclənməsi, Ərdoğanın nüfuzunun artması, ona bağlı media qurluşlarının yaranması, eləcə də hökumətin xaricdən gələn sifarişlə Türkiyədə qarşlıq yaratmaq istəyən media orqanları üzərində nəzarəti gücləndirməsi Doğanın media imperiyasından yan keçmədi.Ərdoğan iqtidara gələnə qədər heç bir hökumətin yaxınlaşmağa belə cürət etmədiyi Doğana məxsus media orqanlarında vergi yoxlamaları başladıldı, onun qəzetləruində verilən əsasız yazılara, yalan xəbərlərlə görə məhkəmələr tərəfindən cəzalar kəsilməyə başladı. Təsadüfü deyil ki, A.Doğana aid məşhur “Petrol Ofisi” şirkətinə qarşı böyük məbləğlərdə vergi cəzaları kəsilməsi Türkiyədə sensassiya kimi qarşılanmış, uzun müddət gündəm olmuşdu. İctimaiyyət A.Doğana toxunulduğuna uzun müddət inanmadı…

Bununla yanaşı, şəxsən Ərdoğan özü çıxışlarında A.Doğanı hədəfə almağa başladı və ona bəzi şeyləri xatırlatdı. Belə ki, Ərdoğan məhkəmə qərarı ilə seçilmək hüququndan məhrum edildiyi dövrlərdə Doğan özünə məxsus “Hürriyet” qəzetində indiki prezidentə xitabən “Artıq muxtar belə olamaz…” deyə bir başlıq atdırmışdı. Ərdoğan öz çıxışlarının birində Doğana bunu xatılatmış və bunu unutmadığını demişdi.

“Hürriyet” qəzeti son 5 ildə 550 milyon lirə zərər etmişdi

Eyni zamanda hökumətə yaxın güclü media holdinqlərin yaranması və getdikcə böyüməsi Doğanın media quruluşlarının ictimai rəyə təsirini də əhəmiyyətli dərəcədə azaltmışdı. İri şirkətlərin əksəriyyəti öz reklamlarını hökumətə yaxın media qurlişlarında yerləşdirdiyindən Doğanın media orqanları gəlir gətirmək bir yana, onun üçün ağır yükə çevrilmişdi. Doğan ən güclü media orqanlardan biri olan “Hürriyet” qəzeti son 5 ildə 550 milyon lirə zərər etmişdi. Bir sözlə, həm Türkiyədəki əvvvəlki gücünü böyük mənada itirən, həm də iqtisadi-siyasi təzyiqlər qarşısında getdikcə əzilən yaşlanmış Doğanın gedişatın onun media holdinqi üçün yaxşı heç nə vəd etmədiyini gördüyü şübhə doğurmur. Nəticə isə o oldu ki, əlində qalan son media orqanlarını da satmalı oldu və mediadan uzaqlaşdığını bəyan etdi: “Artıq 80 yaşımı geridə qoymuşam. Gəldiyim bu aşamada öz istəyimlə(!) yayınçılıq məsləyimə nöqtə qoymağa qərar verdim”.

Əslində bu, təkcə onun öz məsləyinə qoyduğu nöqtə yox, medianın hökumət üzərindəki nüfuz və təsirinin qırılma nöqtəsi də sayıla bilər. Çünki Türkiyədə Doğanı nəzərə almadan belə, medianın əvvəlki müstəqillik və nüfuzdan getdikcə məhrum olunduğunu söyləyənlər üstünlük təşkil etməyə başlayıb.

Media qurumlarının əsl alıcısı kimdir?

“Hürriyet”, “CNN Türk kimi olduqca nüfuzlu media devlərinin Erdoğan Dəmirörən tərəfindən alınması xəbəri şübhə ilə qarşılandı desək, heç nə deməmiş olarıq.

Türkiyədə buna demək olar heç kəs inanmır. Ən azından ona görə ki, bu qurumlara görə ödənilməli olan 1 milyarddan çox vəsait sözügedən şəxsin qaldıra biləcəyi yük deyil. Məsələn, HaberTürkün yazarı Nagehan Alcı iddia edir ki, Doğan imperiyasının son “qalalarının” alınması Qətərin sərmayəsi hesabına həyata keçirilib.Yəni ki, hökumət Qətərdən cəlb etdiyi sərmayədən gizli şəkildə istifadə edərək, media-holdinqi ala bilib. Dəmirörən isə sadəcə sənədləri imzalayıb. Ona görə də, media mənsublarının böyük qismi məsələyə aydınlıq gətirilməli olduğunu və bu qurumlarda çalışanların gerçək patronlarının kim olduğunu bilmək istədiyini yazırlar.

“Kurtlar Vadisi”ndəki Davud Tataroğlu sonda gənc məşuqəsinin evində “dərin dövlətin” nümayəndələri tərəfindən iynə vurularaq öldürülür və bu hadisə ürəktutması kimi qələmə verilir. 81 yaşına çatmış A.Doğanın nə qədər yaşayacağını və hansı səbəbdən dünyadan köçəcəyini zaman göstərəcək və heç kim ona belə sonluğu əlbəttə ki, arzu etmir. Ancaq hamının bildiyi bir gerçək var ki, yüksək ambisiyalı şəxslər üçün siyasi gücün və nüfuzun itirilməsi istənilən fiziki ölüm formasından qat-qat ağır və dəhşətlidir…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Kurtlar Vadisi Qarabağ” niyə çəkilmədi?

    “Kurtlar Vadisi Qarabağ” niyə çəkilmədi? ...

    22-11-2014, 02:49

  • 
  • “Kurtlar Vadisi Pusu”da gözlənilməz yenilik

    “Kurtlar Vadisi Pusu”da gözlənilməz yenilik ...

    15-07-2014, 17:17

  • 
  • “KURTLAR VADİSİ”NDƏ DƏYİŞİKLİK OLACAQ

    “KURTLAR VADİSİ”NDƏ DƏYİŞİKLİK OLACAQ ...

    29-07-2013, 00:35

  • 
  • "Kurtlar Vadisi Pusu" rüşvət əməliyyatını əvvəldən bilibmiş

    "Kurtlar Vadisi Pusu" rüşvət ...

    21-12-2013, 13:43

  • 
  • “Kurtlar Vadisi Pusu”-da ağır itki - Aktyor qəflətən dünyasını dəyişdi (Foto)

    “Kurtlar Vadisi Pusu”-da ağır itki - Aktyor ...

    23-11-2015, 18:04


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu