GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Güclü külək səbəbindən SOCAR 1000 nəfəri təxliyə etdi

Güclü külək səbəbindən SOCAR 1000 nəfəri təxliyə etdi

Tarix: 31-03-2018, 11:21 Bölmə :Maraqlı Baxış: 469
Güclü külək səbəbindən SOCAR 1000 nəfəri təxliyə etdi


Mirvari Qəhrəmanlı: “Belə havalarda platformalarda qəzalar tez-tez baş verir, məni hazırda narahat edən əsas məsələ budur”

Martın 30-31-də hava şəraitinin qeyri-sabit keçməsi, güclü küləyin əsməsi açıq havada, dənizdə işləyənlərin taleyi ilə bağlı narahatlıqlar yaradıb. Xüsusilə dənizdə işləyən neftçilərin vaxtında təxliyyə edilmələri, yaxud zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilib-keçirilmədiyi hamını narahat edir.

Azərbaycan Dövlət Neft Şirkətinin yaydığı məlumatdan aydın olur ki, dənizdə işləyən neftçilər təxliyyə olunub. “Yeni Müsavat” xəbər verir ki, bu barədə məlumat SOCAR-ın rəsmi səhifəsində paylaşılıb. Bildirilib ki,dünən zəruri növbətçilərdən başqa SOCAR-ın dəniz özüllərində çalışan 1000 nəfərdən çox neftçi quruya gətirilib.

SOCAR-ın “Azneft” İstehsalat Birliyindən bildirildiyinə görə, martın 30 və 31-də açıq dənizdə küləyin sürətinin arabir 30 m/s (dalğanın hündürlüyü 3-5, bəzən 5-7 metr) gözlənilməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə “Azneft” tərəfindən dəniz neft qaz çıxarma idarələrinin bütün sahələrinə hava haqqında telefonoqrama göndərilib: “Bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində təmir-tikinti işləri, hündürlükdə və yükqaldırma və digər təhlükəli işlərin məhdudlaşdırılması, nəqliyyat və işçilərin estakada və ya özülün istehsalat sahələrində hərəkət etməsinə məhdudiyyət qoyulması, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında bütün sahələrə yazılı və şifahi formada göstərişlər verilib. İdarə aparatı və sahələrdə növbətçilik təşkil olunub. Dəniz neft-qazçıxarma obyektlərində yalnız mütləq zərurət tələb etdiyi qədər növbətçilər saxlanılıb. Hava və dəniz nəqliyyatları vasitəsilə ümumi 1000 nəfərdən çox işçilərin sahilə çıxarılması üçün tədbirlər görülüb”.

Məlumatda o da qeyd olunub ki, bundan əlavə, mümkün fövqəladə vəziyyətə cavab olaraq digər təşkilat və qurumlarla birgə əlaqəli tədbirlərin həyata keçirilməsi və mövcud vəziyyətin daimi nəzarətdə saxlanılması davam etməkdədir.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı da “Yeni Müsavat”a bildirib ki, SOCAR işçiləri həqiqətən də təxliyə edib: “Aldığım məlumata görə, Nərimanov adına NQÇİ-nin işçiləri təxliyyə olunub, əlahiddə özüllərdə iki aqreqat saxlanılıb, ağır texnikanın yarısı çıxarılıb. Görünür, qalanları çıxarmağa vaxt baxımından imkan olmayıb. "28 may" NQÇİ-də tikinti-quraşdırma idarəsinin işçiləri martın 29-dan platformalardan Cilov adasına təxliyyə olunub".

Təşkilat rəhbəri deyir ki, dənizdəki platformalardan heç də hamını çıxarmaq mümkün deyil: “Bütün dünyada belədir ki, gözlənilən hava şəraiti ilə bağlı qazma, tikinti aparan əlavə işçilər platformalardan çıxarılır. Hasilata birbaşa nəzarət edən heyət isə qalır, lakin onların təhlükəsizliyinin təmin olunması üçün müvafiq addımlar atılır. Azərbaycanın özünə məxsus platformalarda əməliyyatların hamısı avtomatlaşdırılmadığı üçün hasilata nəzarət edən operatorların çıxıb qurğulara baxması lazım gəlir”.

M.Qəhrəmanlı onu da qeyd edir ki, insanların təxliyəsi ilə yanaşı, güclü küləyin yarada biləcəyi qəza təhlükəsi də narahatlıq doğurur: “Bildiyiniz kimi, belə havalarda platformalarda qəzalar tez-tez baş verir. Məni hazırda narahat edən əsas məsələ budur. Çünki bilmirəm, platformalarda təhlükəsizlik necə təmin olunub, onların təmiri nə qədər uğurla həyata keçirilib. Bu baxımdan, arzu edirəm ki, külək qəzaya səbəb olmasın”.

Onu da qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevin dediyinə görə, müraciətdə bildirilib ki, şiddətli külək şəraitində açıq havada işləyən işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən zəruri tədbirlər görülməlidir: “Belə ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən işçilərə qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır. Məcəlləyə 2-ci əlavəyə görə, küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər dayandırılır. Həmçinin tikinti işləri görüldükdə küləyin gücü 2 baldan artıq olduqda kranlar qurulması üzrə quraşdırma, 3 baldan artıq olduqda qaldırıcıların quraşdırılması və sökülməsi, daşınan taxta-şalbanın yerinin dəyişdirilməsi işləri, 6 baldan artıq olduqda taxta-şalban, işi, habelə taxta-şalbanın sökülməsi işləri dayandırılır”.(APA)

Müraciətdə o da qeyd olunub ki, dənizdə işləyərkən küləyin gücü 3 baldan artıq olduqda qaynaq tikişinin şaquli və tavan vəziyyətində qoyulduğu bütün növ qaynaq, 4 baldan artıq olduqda ayrı-ayrı özüllərdə kran gəmiləri vasitəsilə görülən tikinti-quraşdırma və sökmə, daimi dəniz özülləri və estakadayanı meydançaları yanındakı buxtalarda barjlara, kran gəmilərinə yükvurma və yükboşaltma işləri, qaynaq tikişinin aşağı vəziyyətdə qoyulduğu bütün növ qaynaq işləri, estakada tikən kranla quraşdırma və dəniz neft-mədən qurğularının sökülməsi işləri dayandırılmalıdır: “Qeyd olunan əlavədə həmçinin dənizdə işləyərkən küləyin gücü 5 baldan artıq olduqda ayrı-ayrı özüllərdə üzən vasitələr, qurğular olmadan tikinti-quraşdırma və sökmə, kopyor vasitəsilə dayaqlar vurulması, daimi dəniz özüllərində buruqların quraşdırılması, sökülməsi və dorların qaldırılması (endirilməsi), traversin sürgü qollarının, mancanaq dəzgahının asma kanatının təmiri və dəyişdirilməsi, buruqda və ya dorda diyircəklərin, kran-blokun dəyişdirilməsi, tali kanatının təchizatı, dərinlik ölçmələri və quyuların debitinin ölçülməsi, estakada meydançalarında quyuların cari və əsaslı təmiri üçün səyyar aqreqatların dorlarının qaldırılması işlərinin dayandırılması nəzərdə tutulur.

Küləyin gücü 6 baldan artıq olduqda daimi dəniz özüllərində istismar edilən quyularda işlər, daimi dəniz özüllərində estakadayanı meydançalarda quyuların əsaslı və cari yeraltı təmir işləri dayandırılır. Əgər küləyin gücü 8 baldan çoxdursa, bu zaman qazma işləri aparılan quyularda alətlərin quyulardan qaldırılması ilə əlaqədar bütün işlər, özülün və ya estakadayanı meydançanın döşəməsi üstündəki və altındakı işlər dayandırılmalıdır. Küləyin gücü 10 baldan artıq olduqda isə quyunun yuyulması işlərindən başqa buruqda bütün işlərin dayandırılması nəzərdə tutulur. Belə hallarda işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında fasilənin sayı, müddəti müəyyən olunmalı, eyni zamanda iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməlidir. Həmin fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir.

Dövlət Əmək Müfəttişliyi Xidməti şiddətli külək şəraitində açıq havada işləyən işçilərin həyat və sağlamlığının qorunması məqsədilə qanunvericiliyin müvafiq tələblərinə riayət edilməli olduğunu işəgötürənlərin diqqətinə çatdırır".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Günəşli” yatağından təxliyyə olunanların sayı 25-ə çatıb (YENİLƏNİB)

    “Günəşli” yatağından təxliyyə olunanların sayı ...

    5-12-2015, 16:35

  • 
  • "Neft daşları"nda qəza: üç neftçi itkin düşdü

    "Neft daşları"nda qəza: üç neftçi itkin ...

    4-12-2015, 18:38

  • 
  • Küləkli havada dənizə aparılan neftçilərlə bağlı AÇIQLAMA

    Küləkli havada dənizə aparılan neftçilərlə bağlı ...

    31-03-2017, 14:25

  • 
  • Neftçilər dənizdə köməksiz vəziyyətdə qalıb

    Neftçilər dənizdə köməksiz vəziyyətdə qalıb ...

    19-12-2013, 18:24

  • 
  • SOCAR gürcülərə 24 min manat ayırdı

    SOCAR gürcülərə 24 min manat ayırdı ...

    17-06-2015, 08:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (500)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu