Bu gün saat 12:30 radələrində "Neft Daşları" NQÇİ-nin 501 nömrəli özülündə qəza baş verib.
SOCAR-dan APA-ya verilən məlumata görə, güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov budkada olublar.
Dənizdə operativ axtarış işlərinə başlanılıb. Güclü küləyin yaratdığı maneəyə baxmayaraq, hazırda itkin düşən neftçilərin axtarışı Fövqəladə Hallar Nazirliyinin vertolyotu, həmçinin Xəzər Dəniz Gəmiçiliyinin "Vixr-9" yanğınsöndürən gəmisi, "Avyor" dalğıc gəmisi və "Samir Quliyev" yedək gəmisi ilə davam etdirilir.
Hadisənin təfərrüatları özülə göndərilmiş komissiya tərəfindən araşdırılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?