Azərbaycanın “Global Media” media holdinqi Türkiyədə TR24 adlı xəbər telekanalı açıb.
gundemxeber.az axşam.az-a istinadən xəbər verir ki, şirkət bir müddətdir İstanbulda “Kanal 6” və “Cine 5” telekanallarının yerləşdiyi binada intensiv hazırlıq işlərinə başlayıb. 3 ayda yenilənən binada TR24-ün son texnologiyalarla təchizatı üçün lazımi şərait yaradılıb.
TR24 bundan sonra Türkiyənin məşhur NTV, CNN Türk, “A Haber”, “Habertürk” kanalları ilə rəqabət aparacaq.
TR24-ün idarə heyətinin rəhbəri Elnur Abdullayev, baş direktoru Məmməd Gülmməmədov olacaq.
TR24 rəhbərləri ümumi yayım idarəçiliyi üçün təcrübəli televiziyaçı Suat Toktaşla razılıq əldə olunduğunu bildiriblər. Ankarada 13 illik müxbirlik və redaktorluq təcrübəsi olan Suat Toktaş “CNN Türk”ün Ankara bürosunda, İstanbul xəbər mərkəzində, “Habertürk TV”də çalışıb. Uzun müddət sonra Türkiyədə iddialı xəbər kanalının qurulduğunu bildirən Toktaş yeni televiziya ilə bağlı bunları deyib:
“TR24 spiker, redaktor, müxbir, operator, qısası, hər sahədə olan ətaləti aradan qaldıracaq. Hədəfimiz qısa müddətdə diqqətlə izlənilən kanal yaratmaqdır. Dünya yayım bazarı araşdırıldıqdan sonra jurnalistlərin rahat şəkildə istifadə edə biləcəyi, görüntünü və xəbəri tamaşaçıya qısa zamanda çatdıra biləcək texnologiya satın alınıb. Baza yatırımlarında göstərdiyimiz diqqəti xəbər komandasını qurarkən də ortaya qoyacağıq. Hazırda ekranlarda izlədiyiniz bir çox insanı TR24-də görəcəksiniz”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?