GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Boşanmaların sayı 5 dəfə artıb - Ailələr niyə dağılır?

Boşanmaların sayı 5 dəfə artıb - Ailələr niyə dağılır?

Tarix: 14-04-2018, 21:38 Bölmə :Maraqlı Baxış: 411
Boşanmaların sayı 5 dəfə artıb - Ailələr niyə dağılır?


Son on ildə Azərbaycanda boşanmaların sayı beş dəfə çoxalıb. Çünki ölkədə milli-mənəvi dəyərlərin deqradasiyası müşahidə olunur.

Bu barədə AMEA-nın Coğrafiya İnstitutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Nizami Əyyubov “Amerikanın səsi”nə müsahibəsində bildirib.

Ölkədəki demoqrafik durum və problemlərdən danışan mütəxəssis qeyd edib ki, demoqrafik inkişaf olsa da, boşanmaların sayında kəskin artım var.

Araşdırmalar göstərir ki, Azərbaycanda boşanmaların sayının artması tendensiyası 2004-cü ildən başlayıb. Həmin il 7 minə yaxın boşanma faktı qeydə alınıb, 2005-ci ildə boşanan ailələrin sayı 9 minə yaxınlaşıb. 2013-cü ildə 11730, 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764, 2016-cı ildə 13 114 boşanma halı baş verib. Rəsmi statistikaya görə, 2017-ci ilin 10 ayında ölkədə 52 min 61 nikah bağlanıb. Həmin dövr ərzində 12 min 191 boşanma qeydə alınıb. Bu rəqəmlər yalnız rəsmi nikahlara aiddir. Qeyri-rəsmi nikahları da bura əlavə etsək, statistikanın azı iki dəfə artma ehtimalı var.

Bəs ailələr niyə dağılır? Göstərilən rəqəmlər cəmiyyətdəki hansı problemlərdən xəbər verir? Boşanmaların sayını necə azaltmaq olar?

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın virtualaz.org-a bildirdiyinə görə, boşanmalar psixoloji, sosial və iqtisadi amillərlə bağlıdır: “Boşanmalar üçün çox səbəblər var. İlk növbədə ailənin köhnə qayda ilə idarəçiliyini saxlayanlar və bununla razılaşmalayanlar arasında münasibət, dəyərlər sisteminin dəyişməsi rol oynayır. Yaşı keçdiyinə görə ailə quranlar, erkən ailə qurmağa məcbur edilənlər, iqtisadi amilə görə məcbur ərə verilmələr var. Kişinin işləməməsi, qadının işləməsi, xəyanət, sosial şəbəkələrin də boşanmalarda müəyyən rolu var. Bir çox qadınlar öz azadlıqlarının zorakı yolla məhdudalaşdırılmasını istəmirlər. Artıq ailədə dəyərlər sistemi çat verib. Ona görə də bu proses hələ gedəcək”.

M. Zeynalova deyir ki, boşanmaların qarşısını almaq, dayandırmaq, hansısa formada saxlamaq mümkün olmayacaq: “Proses özü-özünü tənzimləyəcək. Şüurlu ailə qurma prosesinə gedincə, insanlar bir-birlərinə gərəkli olduqlarını, vacibliklərini duymayınca, bu proses davam edəcək. Çünki indi ailə quranların biri yaşı keçdiyinə görə, biri nəsil artırmağa görə, biri iqtisadi amilə görə ailə qurur. Şüurlu şəkildə ailənin sabitliyi, ailənin önəmini dərk edərək ailə quranlar çox azdır”.

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, ailə institutunun dağılması çox faciəvi haldır. Mütəxəssis hesab edir ki, boşanmalar həm maddi, həm də mənəvi amillərlə bağlıdır.

“İnsanların davranışında baş verən hər hansı dəyiklikdə 3 fator mühüm rol oynayır: Yaşadığı mühir, aldığı informasiyalar, üstünlük verdiyi dəyərlər sistemi. Bu 3 amil qarşılıqlı əlaqədə davranışı formalaşdırır. Əvvəlcə onu deyək ki, bir çoxları hesab edirlər ki, ailə olmasa daha sərbəst olarlar. Əslində isə ailə institunun çox məziyyətləri var. Belə institutun dağılması faciəvi haldır. Ailə cəmiyyətin əsas üzvüdür. Belə olan halda ailənin dağılması cəmiyyətdə xoşagəlməz proseslərin yaranmasına səbəb ola bilər. Yeni nəslin keyfiyyətsiz böyüməsi, kriminal aləmin inkişafına gətirib çıxara bilər”, - deyə sosioloq bildirir.
Ekspert deyir ki, boşanmaların bu qədər çoxluğu mühitdə, informasiya cəmiyyətində və dəyərlər sistemindəki ciddi problemlərlə bağlıdır. İndi əvvəlki kimi ictimai qınaq yoxdur. İnsanlar sosial şəbəkələrdə intim söhbətlər edir, erotik, pornoqrafik filmlər geniş yayılıb. Cəmiyyətdə mənəvi dəyələr maddi dəyələrin basqısı altına düşüb. Belə olan halda xoşagəlməz proseslər baş verəcək. Ailələrin dağılması da onlardan biridir. Bu proseslərin qarşısını almağa gəlincə isə, geniş fəaliyyət proqramının hazırlanmasına ehtiyac var.

“Boşanmaların qarşısını almaq üçün aidiyyati qurumlar ciddi elmi tədqiqatların əsasında fəaliyyət proqramı hazırlamalıdır. Ortada proqram olanda hər şey bir-biri ilə uzlaşdırılır. Hansı dəyişikliklər lazımdır, qanunvericilikdə hansı dəyişikliklər ola bilər, hansısa inzibati metodlara əl atmaq olar, bunlar araşdırılır. Necə ki regionların inkişafı ilə bağlı işlər görülür, sosial sferalarda da bu işləri görməliyik və peşəkar insanlar bununla məşğul olmalıdırlar”, - deyə sosioloq bildirib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 6 ay ərzində 102 boşanma faktı qeydə alındı

    6 ay ərzində 102 boşanma faktı qeydə alındı ...

    6-08-2013, 22:46

  • 
  • Azərbaycanda dəhşətli boşanma tendensiyası

    Azərbaycanda dəhşətli boşanma tendensiyası ...

    15-01-2014, 22:56

  • 
  • Azərbaycanda 8 ildə 200 minə yaxın uşaq nikahdan kənar doğulub

    Azərbaycanda 8 ildə 200 minə yaxın uşaq nikahdan ...

    27-12-2013, 17:12

  • 
  • ​Ərinə XƏYANƏT edən qadınlar artıb - Azərbaycanda boşanmaların müasir SƏBƏBLƏRİ

    ​Ərinə XƏYANƏT edən qadınlar artıb - Azərbaycanda ...

    21-12-2017, 20:12

  • 
  • Azərbaycanda hər 1000 kişiyə 1012 qadın düşür

    Azərbaycanda hər 1000 kişiyə 1012 qadın düşür ...

    14-02-2014, 01:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (402)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu