35 yaşlı belçikalı keçmiş hərbiçi Qriqori Vande Vivere bal ayı səfərləri zamanı öz arvadını, 32 yaşlı Sofi Daeneni yeyərək öldürüb.
gundemxeber.az bildirir ki, toydan sonra Misirin Şarm əl Şeyx kurortunda dincəlməyə gedən cütlüyün bal ayı cinayətlə sonlanıb. Toydan 11 gün sonra ər arvadını əvvəlcə döyüb , sonra ölənə qədər dişləyib. Qəzet yazır ki, ölərkən qadın 4 aylıq hamiləymiş. Qriqori həyat yoldaşının qohumlarının onların evlənməsinə narazı olduqlarını bildiyi üçün tez-tez dava salırmış. Hətta toy günü gəlin nikah salonuna üzündəki yumruq izləri ilə daxil olub.
Aprelin 12-də cinayətkar ər Misir Məhkəməsi tərəfindən 25 il müddətinə azadlıqdan məhrum edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?