Hadisə Quba rayonun Aşağı Atuk kəndində baş verib. 1988-ci il təvəllüdlü Mahmudov Elman Valeh oğlu ilə həyat yoldaşı 22 yaşlı Paşayeva Ofelya Məhəmməd qızı arasında baş verən münaqişə ikincinin ölümü ilə nəticələnib. Belə ki, münaqişə nətgicəsində həyat yoldaşı xanımını itələyərkən onun başı şkafın küncünə dəyib. Ailəsinin verdiyi məlumata görə, 15 gün bundan əvvəl cütlüyün övladları dünyaya gəlib. Onların dediklərinə görə, Elmanın həyat yoldaşı uşağın qayğısına qalmadığına görə aralarında belə münaqişə yaranıb.
Baş vermiş hadisə ilə əlaqədar Quba rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq davam edir. Ölən qadının cəsədi isə ekspetizayaya göndərilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?