Müharibəni döyüş meydanlarından barmaqları arasına daşıyan hakerlərin döyüşü bu gün də davam edir.
Xüsusilə Azərbaycanlı hakerlərin erməni saytlarına dağıdıcı hücumu tez-tez mətbuat səhifələrinə çıxır və böyük əks-səda doğurur. Minval.info xəbər verir ki, bu dəfə azərbaycanlı haker – digital.mystery ləqəbli “instagram” istifadəçisi öz hesabında məşhur erməni saytlarına hücumu barədə screen paylaşıb.
Keçmiş Ermənistan prezidenti Serj Sarkisyanın istefa verdiyi xəbərini özünəməxsus şəkildə, ironiya ilə qarşılayan haker üzərinə “Ayə, haraya gedirsən, ayə?” yazılan şəklini həmin saytlara yerləşdirib. Hətta bir ara gündəm olan mahnını da buraya əlavə edib. Sayta isə zərərli virus yoluxdurub.
Sorğu
Yeni dizaynımız necədir?