İTV ətrafında baş verən solan olaylar bu kanalla bağlı ictimai müzakirələrə səbəb olub. Belə ki, telekanalın hakimiyyət daxilindəki qruplaşmaların nəzarətindən çıxarılması İTV-nin gələcək taleyi ilə bağlı bir sıra suallar ortaya çıxarıb.
AzTv sədri Arif Alışanovun nəzarətindən çıxarılan bu kanalda ciddi maliyyə pozuntuları aşkarlanıb.
İTV-nin adının çəkilməsini istəməyən rəsmilərindən birinin saytımıza sızdırdığı bilgiyə görə, kanalda mühüm post tutan Şahin İbrahimovun əməkdaşların adına yazılan qonararları mənimsəməsi ilə bağlı sensasion faktlar aşkarlanıb. Bəlli olub ki, bir neçə il davam edən bu prosesdə onlarla əməkdaşın adına uyazılan qonrarlar onların özünə çatmayıb və mənimsənilib.
Bundan başqa ən böyük cinayət isə İTV-yə məxsus Qubadakı “Ekran” istirahət mərkəzinin qanunsuz özəlləşdirilməsində baş verib. Belə ki, AzTV rəhbərliyi əməkdaşların istirahəti üçün nəzərdə tutulan bu mərkəzi özəlləşdirərək, biznes strukturuna çevirib.
Mənbəmizin bildirdiyinə görə, İTV-də baş direktor vəzifəsini icra edən Balakişi Qasımov hazırda həmin mərkəzin qaytarılması və mənimsənilən qonrararların ödənilməsi üçün çalışır. O, bunlar baş verməyəcəyi təqdirdə prosdə iştirak edən şəxslərin həbsi üçün Baş prokurorluğa müraciət ediləcəyini deyib.
Sorğu
Yeni dizaynımız necədir?