GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Bakıda ağlasığmaz iftar menyuları – gündə 60 manat, ayda 1860 manat…

Bakıda ağlasığmaz iftar menyuları – gündə 60 manat, ayda 1860 manat…

Tarix: 26-05-2018, 14:14 Bölmə :Maraqlı Baxış: 451
Bakıda ağlasığmaz iftar menyuları – gündə 60 manat, ayda 1860 manat…

5 çeşid yeməyə bu qədər pul verən kimlərdir?

Ramazan ayının gəlişi ilə inanclı insanların arasında iftar və imsaq saatlarında restoranlara müraciət edənlərin sayı da artıb. İnsanlar bəzən bir-birlərini iftar süfrəsi üçün evə yox, restorana dəvət edir

Öncədən onu qeyd edək ki, qiymətlər bir çox hallarda yemək çeşidlərinin sayına görə müəyyənləşir və dəyişir. Bəzi restoranlarda, kafelərdə iftar menyuları 15-20 manat arasında dəyişir. Sayı çox olmasa da, bəzi restoranlarda da imsaq menyuları olur.

“Özsüt Baku” restoranı bu il Ramazan ayı üçün həm sahur, həm də iftar menyusu təklif edir. Sahur menyusunun qiyməti 13 manatdır. Menyudan istifadə 7 yaşa kimi uşaqlara pulsuz, 7 yaşdan 15 yaşa kimi 50 faiz endirimlə təklif edilir. İftar menyusu isə 22, 26, 30 manat arasında dəyişir.

Mado restoranının Nərimanov şöbəsində sahur menyusu -13 AZN -(ən azı 32 çeşid məhsulla)
iftar menyusu isə 22 AZN - (növbənöv isti yeməklər,qəlyanaltılar,salatlar ,desertlər və içkilər) məbləğindədir. 5- yaşa qədər ödənişsiz, 5-13 yaşa qədər -8 azn. Restoranın “Fəvvarələr meydanı” şöbəsində isə yalnız sahur menyusu təqdim olunur. Qiyməti 13 AZN (ən azı 32 çeşid məhsulla)

“Sahil Bar & Restaurant”da iftar menyusu 15 və 18 manata təklif olunur. Müştəri seçilən yeməklərin sayına görə menyu tərcih edir.

“Chaynataun” kafesi isə ancaq imsaq menyusu təklif edir. Birnəfərlik menyu 15 manat dəyərindədir. Menyuya bal, qaymaq, pomidor-yumurta, sosiska, pendir, kükü daxildir.

“Dafne by Dali”da restoranında birnəfərlik menyunun qiyməti 25 manatdır.

“Bilgah Beach” Hoteldə Ramazan ayı boyunca 25 manata şam menyusu var,

Anadolu restoranında sahur menyusu 40 dan çox çeşitdən ibarət geniş çeşitli açıq bufetlə 1 nəfər üçün 12 .00 manat təklif edir. Restoranın iftar menyusu yoxdur.

Bunlar daha əlçatan və insanları o qədər də təəccübləndirməyən qiymətə olan iftar və imsaq menyularıdır. Indi keçək daha baha qiymətə olan menyulara.

Günaydın restoranında iftar menyusunun qiyməti 60 manatdır. Restoranda sahur menyusu yoxdur.

“Four Seasons Hotel”in restoranında da 7 çeşid yeməklə iftar menyusu 60 manatdır.

Abşeron oteldə isə iftar menyuları – 60 manatadır. Menyuya şorba, qızardılmış tərəvəzlər, toyuq əti, salat, desert – ümumilikdə 5 növ yemək təklif olunur.

Müqayisə üçün xatırladım ki, Türkiyənin bəzi elit restoranlarının təklif etdiyi iftar menyuları isə daha ağlasığmaz qiymətədir. Məsələn, İstanbulun Çırağan bölgəsində yer alan Tuğra Restaurantın iftar menyusu adambaşına 160 manatadır.
Nişantaşında yerləşən ən lüks otellərdən olan “St. Regis”in içərisində yer alan “Spago” restoranında da iftar menyusu 120 manatdır.

Türkiyəni keçək. Amma hesab edək ki, Azərbaycanda orucluq ayı boyunca bir inanclı müsəlman hər dəfə bahalı iftar menyuları təqdim edən restorana gedir. Bu, adambaşına ayda 1860 manat deməkdir. Əgər ailədə iki nəfər iftar üçün hər axşam restorana gedirsə, bu ayda 3720 manatdır. Və ya kimsə ailəlikcə başqa bir ailəni (toplamda 8-10 nəfər deməkdir iftara çağırırsa, bu, rəqəmi varıb siz düşünün. Bunun adı israfçılıqdırmı?

DİNİ EKSPERT: “KASIB MÜSƏLMANLARIN BİR CÜR, VARLILARIN BAŞQA CÜR İFTAR AÇMASI ORUCUN FƏLSƏFƏSİNƏ ZİDDİR”
Dini ekspert Kənan Rövşənoğlu hesab edir ki, iftar menyularındakı fərqi son illərdə özünü daha qabarıq göstərən bir faktordur.

Onun sözlərinə görə, müsəlman akpitalizmi deyilən bir anlayış formalaşıb: “Dünaynın hər yerində, xüsusən də körfəz ərəb ölkələrində, son illərdə Türkiyədə lüks "müsəlman həyatı" deyilən bir termin ortaya çıxıb. Lüks "halal" otellər, restoranlar, digər xidmət sahələri meydana çıxıb. varlı müsəlmanlar üçün daha yüksək, lüks xidmətlər təklif olunur. Hətta daha əvvəl məsələn ziyarətə gedən insanın daha əziyyət çəkməsi, çətinliklərlə qarşılaşmçasının təbii olması təbliğ olunurdusa. indi artıq müsəlmanların daha yüksək səviyyəli və lüks həyatı haqq etdikləri anlayışı təbliğ olunur. Hətta Məkkədə Kəbənin düz qarşısında “Hilton” otelləri inşa olunub. Təbii ki, bu otellərdə kasıb müsəlmanlar gedə bilmir. Varlı, kapitalist, iş adamları bu cür otellərin xidmətlərindən yararlanır. Ümumilikdə bu bir "halal sənayesi" formalaşdırıb. Bunun da ən parlaq hissəsi məhz lüks təkliflərdir. Azərbaycanda da bu tendensiya son illərdə qabarıq özünü göstərir. İmkanlı müsəlmanlar daha yüksək şərtlərdə dini borclarını yerinə yetirmək. müsəlman həyatını yaşamaq istəyirlər. Əlbəttə, bu tendensiyada tənqid olunacaq ciddi məqamlar var. Çünki orucun özü müsəlmanlar arasında sosial bərabərlik, qardaşlığı təbliğ edən bir ibadətdir. kasıb müsəlmanların bir cür, varlıların başqa cür iftar açması orucun fəlsəfəsinə ziddir. Amma necə deyərlər bu, qarşısı alınmaz prosesdir, müsəlman dünyası da kapitalizm şərtlərinə uyğunlaşmağa çalışır”.

Ümumilikdə dini kitablarda və din adamlarının danışıqlarından aydın olur ki, dində iftar süfrəsinə xərclənəcək pulla bağlı qadağa yoxdur. Oruc tutan şəxs istədiyi qədər pul xərcləyə, istədiyi qədər yemək yeyə bilər. Amma Ramazanın mahiyyəti nədir və niyə oruc tutduğunu tam anlamalıdır. Ac qalaraq ibadətin məqsədi nədir, Allah bu ibadətlə bizə nə deyir, bax, bunların mahiyyətini başa düşməlidir. Bunu əsas götürmək lazımdır. Ramazan ayını sırf yemək ayı olaraq qələmə vermək doğru deyil. Əksinə yeməyərək mənəvi zənginliyi artırmaq ayı, Quran ayı olaraq təqdim etmək lazımdır. Ramazanda iftar süfrələrinin şəkillərini paylaşmaqdansa, oxunan Quran ayələrini paylaşmaq daha düzgün sayılır.

Orucluq dövründə düzgün qidalanmaq üçün müəyyən qaydalar var. Nəinki Ramazan ayının imsaqında, eləcə də adi günlərdə belə səhər yeməyi mütləq yeyilməlidir. Belə ki, suya və qidaya olan tələbatı ödəmək üçün imsaqda mütləq yemək lazımdır. Çünki imsaqda qida qəbul etməyən, bütün günü ac qalan, ya da axşama kimi yatan insanlar var. Axşam iftar zamanı isə normadan artıq və fasiləsiz qida qəbul etmək ziyanlıdır. Hətta səhərə qədər yeyən insanlar var. Bu, həm dini nöqteyi-nəzərdən, həm də tibbi baxımdan düzgün sayılmır. Gün ərzində ac qalmaq xüsusilə də təzyiq problemi, eləcə də mədə-bağırsaq sistemində narahatlığı olan insanların səhhətinə mənfi təsir göstərə bilər. Ona görə də Ramazan ayının qaydalarına tam əməl etmək lazımdır”.

İmsaq zamanı daha çox şit pendirlərə üstünlük vermək lazımdır. Qaymaq və digər ağartı məhsullarından da istifadə etmək məqsədəuyğundur. Səhər menyusunda daha çox meyvə şirələrinə üstünlük verilməsi məqsəduyğundur. Həftədə ən azı 3-4 dəfə təbii qidaların qəbul edilməsi məsləhətdir. İftar zamanı isə ilk növbədə süfrə mədəniyyətinə əməl etmək lazımdır. İsrafçılığa yol verməməyə çalışmaq lazımdır. Çünki iftar açmağın da öz qaydaları var. Oruc bir stəkan su ilə açılır. Buna səbəb mədənin rahatlamasıdır. 5 dəqiqə sonra isə hazırlanan yeməkləri yemək olar. Təbii ki, əvvəlcə ən yüngül qidaların, yəni meyvə-tərəvəzin qəbulu daha yaxşı olar. Birinci menyuda sulu yeməklərin olması daha uyğundur. Çünki birdən-birə ağır yeməyə keçmək xüsusilə də mədə-bağırsaq sistemində problemi olan insanların bundan əziyyət çəkməsinə gətirib çıxaracaq. İftarda doyunca yemək yeyib, səhərə qədər meyvə, salat yeməyi tərcih etmək də düzgün sayılmır.

Orucluqdan bir ay əvvəl bədəni buna hazırlamaq da lazımdır. Əsas qidanın kalorisini azaltmaq istiqamətində iş görmək vacibdir. Rejimlə qidalanmağa çalışmaq lazımdır. (musavat)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Con Kerri iftar süfrəsi açacaq

    Con Kerri iftar süfrəsi açacaq ...

    24-07-2013, 11:45

  • 
  • Ramazan ayının beşinci günündə imsak və iftar vaxtı

    Ramazan ayının beşinci günündə imsak və iftar ...

    21-05-2018, 09:13

  • 
  • Almaniya tarixində ilk dəfə iftar süfrəsi açdı

    Almaniya tarixində ilk dəfə iftar süfrəsi açdı ...

    31-07-2013, 16:50

  • 
  • Maşın iftar süfrələrinin arasında qaldı - FOTO

    Maşın iftar süfrələrinin arasında qaldı - FOTO ...

    30-05-2017, 13:30

  • 
  • Şeyx iftar verdi - (Fotosessiya)

    Şeyx iftar verdi - (Fotosessiya) ...

    25-07-2013, 01:08


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu