GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Rüşvət vermək üçün 20 min manat yığmışdı, onu da dələduz apardı

Rüşvət vermək üçün 20 min manat yığmışdı, onu da dələduz apardı

Tarix: 28-05-2018, 21:30 Bölmə :Maraqlı Baxış: 416
Rüşvət vermək üçün 20 min manat yığmışdı, onu da dələduz apardı


Lombardda yığılıb qalan borclarını bağlamaq üçün ona güvənən insanları hədəf seçib. Toruna düşənlərdən birinə qızıl işinə girişdiyini, Dubaydan qızıl gətizdirib Bakıda satdıracağını, digərinə isə yaşadığı mənzili obyektə çevirmək üçün sənədləşmə işlərində rəsmi icazə alacağına söz verərək pullarını dələduzluq yolu ilə ələ keçirib. Sonda məlum olub ki, nə qızıl biznesində əli, rəsmi qurumlarla əlaqəsi varmış.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Sabirabad rayon sakini 52 yaşlı Vüqar Hümbətovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

V.Hümbətov tanışı Bəşir Məmmədova qızıl alveri ilə məşğul olduğunu, Birləşmiş Ərəb Əmirliklərindən qızıl-zinət əşyaları gətirəcəyini, əldə olunan qazancdan ona da verəcəyini vəd etməklə külli miqdarda pullarını alıb. Digər tanışı Faiq Zeynalzadənin bankda depozitdə pulunun olduğunu bilərək, həmin məbləği də dələduzluq yolu ilə mənimsəyib. Hər iki şəxsə qarşı 2014-cü ildə dələduzluq edən V.Hümbətovun barəsində axtarış elan olunub. O, Bakı şəhərində tutularaq istintaqa təhvil verilib.
Təqsirləndirilən Vüqar Hümbətov ifadəsində bir neçə dəfə Bəşir Məmmədovdan borc pul alıb qaytardığını, müqavilə əsasında icarəyə işlətdiyi mağazaya mal almaq üçün lombarda borcu olduğunu, pulu verə bilmədiyinə görə Bəşiri aldadıb ondan pul qoparmaq fikrinə düşüb. Zəng vurub görüşmək istədiyini deyib. B.Məmmədovun idman zalında olduğunu öyrəndikdən sonra yanına yollanıb. Görüş zamanı yalandan Dubaydan qızıl gətizdirmək istədiyini, amma əlində mayası olmadığını deyərək 10 min manat borc pul istəyib: “Qızıl alveri ilə məşğul olduğumu, on gün ərzində Bakıya qızıl gətizdirəcəyimi, xeyri yarı böləcəyimizi dedim. Ertəsi gün Bəşir pulu gətirdi. Həmin puldan lombarda olan borcumun bir hissəsini ödədim, yerdə qalanına isə market üçün ərzaq malları aldım”.

B.Məmmədovun etibarından sui-istifadə edən V.Hümbətov ona qızılların hazır olduğunu, Bakıda satış yerləri ilə danışdığını, əlavə 10 min manat da lazım olduğunu bildirib. Onun sözlərinə inanan B.Məmmədov həmin məbləği də verib: “Lombarda olan borclarımı ödədim. Dubaydan qızıl gətizdirməmişəm, qızıl alveri ilə məşğul olmamışam”.
Həmyerlisi, məktəb illərindən tanıdığı Faiq Zeynalzadə də V.Hümbətovun toruna düşüb. Faiqdən 30 min manat borc istəyən V.Hümbətov onun bankda pulu olduğunu öyrənib. F.Zeynalzadə həmin pula Binəqədidəki mənzilini obyekt kimi işlətmək üçün razılıq alınmasına və sənədləşmə işlərinin aparılmasına görə saxladığını deyib. V.Hümbətov öz növbəsində Bakı şəhər İcra Hakimiyyətində və Binəqədi rayon İcra Hakimiyyətində tanışları olduğunu, bu məsələni düzüb-qoşacağına, icra orqanlarından rəsmi icazə alacağına inandırıb. Onun sözlərinə inanan həmyerlisi ertəsi gün pulu bankdan çıxarıb elə oradaca V.Hümbətova verib.

Zərərçəkmiş Bəşir Məmmədov ifadəsində göstərib ki, bir neçə dəfə borc pul alıb qaytardığına görə V.Hümbətova etibar edib. Onun Dubaydan qızıl gətizdirəcəyinə, qazancı yarı böləcəklərinə, bir sözlə Vüqarın şirkikləndirici vədlərinə inanıb: “İyirmi min manat pulumu alandan sonra telefonları söndürdü. Bir daha Vüqarın nə səsini eşitdim, nə də üzünü gördüm, əlaqəni tamam kəsdi. Vüqar o puldan mənə nəinki qazanc, heç pulun özünü də qaytarmadı. Onun məqsədi məni aldatmaq olub. Sonradan Vüqar haqqında soraqlaşıb öyrəndim ki, heç qızıl alveri ilə də məşğul olmurmuş”.

Zərərçəkmiş Faiq Zeynalzadə ifadəsində Vüqar Hümbətovu uşaqlıqdan tanıdığını, bir dəfə Vüqarın ondan borc pul alıb qaytardığını, bu səbəbdən etibar etdiyini göstərib: “Binəqədi rayonu, M.Cəlal küçəsindəki mənzilimi obyektə çevirmək və dükan kimi istifadə etmək üçün sənədləşmə işləri aparmaq üçün icazə ala bilmirdim. Bankda hesabımda 20 min manat vardı. Həmin pulu sənədləşmə işləri aparmaq üçün saxlamışdım. Vüqar mənə rəsmi icazə ala biləcəyini dedi. Mən də inandım. Pulu bankdan çıxarıb hamısını Vüqara verdim. Vüqar uzağı ay yarıma kimi Bakı şəhər İcra Hakimiyyətindən və Binəqədi rayon İcra Hakimiyyətindən rəsmi icazə alacağına söz verdi. Hər dəfə zəng vuranda “məşğulam, danışıqlar aparılır, razılıq veriblər, narahat olma” deyirdi. Sonradan isə telefonlara cavab vermədi. Vüqarı nə qədər axtarsam da tapa bilmədim”.

Məhkəmənin hökmü ilə Vüqar Hümbətov 3 il müddətinə azadlıqdan məhrum edilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda 70 min manat dəyərində qızıl-zinət əşyaları oğurlandı

    Bakıda 70 min manat dəyərində qızıl-zinət ...

    11-06-2013, 12:34

  • 
  • Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb

    Bakıda mənzildən külli miqdarda pul və qızıl ...

    16-12-2015, 00:08

  • 
  • Lombard sahibi məhkəmə qarşısında: 200 minlik qızıl hardadır?

    Lombard sahibi məhkəmə qarşısında: 200 minlik ...

    15-02-2018, 15:14

  • 
  • Həbsxanada uşaq doğan qadın yenə hakim qarşısına çıxarılıb

    Həbsxanada uşaq doğan qadın yenə hakim qarşısına ...

    4-09-2017, 12:53

  • 
  • Bakı sakininin evindən 17 min manat pul və 20 min manatlıq qızıl oğurlandı

    Bakı sakininin evindən 17 min manat pul və 20 min ...

    1-12-2016, 19:48


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (16)
Avqust 2025 (571)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu