Birləşmiş Ərəb Əmirliklərində dərc edilən “Qurani-Kərim” kitabında təhrifə yol verilib.
Publika.az xəbər verir ki, kitabda yer alan “İsra” surəsi çıxarılıb və yerinə “Bəni İsrail”, yəni “İsrailoğulları” adlı uydurma surə yazılıb.
Dəyişiklik dərhal diqqət çəkib və sosial mediada yayılıb. Körfəz dünyasından isə mövzu ilə bağlı hər hansı açıqlama və ya təkzib gəlməyib.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin İsraillə münasibətləri çox yaxşıdır. Belə ki, 2010-cu ildə MOSSAD agentlərinə Dubayda fələstinli birini öldürmək üçün yardım etmişdilər. 2012-ci ildən etibarən İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşürlər. BƏƏ-nin İsrailə qarşı heyranlıq hiss etdiyi ortadadır. Bəlkə də sırf buna görə “Qurani-Kərim”də belə bir dəyişiklik etməyə lüzum görüblər.
Digər bir variant isə BƏƏ-nin İsrailə “Qurani-Kərim” vasitəsilə mesaj vermək istəməsidir. Fransada Nikola Sarkozinin də daxil olduğu 300 nəfərlik heyətin “Qurani-Kərim”dən bəzi ayələri çıxarmaq çağırışı ilə BƏƏ-nin bu dəyişikliyi arasında bir bağ olması da ağıllara gələn suallardandır.
Qərb müqəddəs kitabın təhsif edilməsini istəyib, Şərq isə birbaşa təhrif edib.
“Qurani-Kərim”dəki bu dəyişikliklə yanaşı, diqqət çəkən daha bir məqam var. Məhz “İsra” surəsinin adı dəyişdirilib. Yəni, Əl-Aksa məscidindən, merac möcüzəsindən bəhs edən surənin adı “İsrailoğulları” qoyulub. Bu isə tam da Qüdsdə baş verən siyasi böhran müddətində “Əl-Aksa” sizindir” mesajına işarə verir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?