New York Moda Həftəsi tairxinə öz hicab geyimləri ilə imza atmış aparıcı modelyer-dizayenr Anniesa Hasibuan 18 illik həbs cəzası alıb. O, fırıldaqçılıqda günahlandırılıb.
İndoneziyalı dizayner Anniesa Hasibuan və əri Andika Surachman səyahət agentliyi vasitəsilə adamları aldatmaqda günahkar bilinir.
İttihama görə, onlar Məkkə ziyarəti üçün 60 milyon dollardan çox pul alıblar, amma heç bir ziyarət təşkil olunmayıb.
Hasibuan lüks dizaynlarına görə İslam modasının aparıcı modelyeri kimi təqdim olunur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?