Braziliyada baş verən hadisə dünya mətbuatının diqqətini çəkib.
Öldüyü zənn edilərək basdırılan körpə 8 saat torpağın altında qaldıqdan sonra xilas edilib.
Kutz Amin adlı nənə 15 yaşlı nəvəsinin dünyaya gətirdiyi körpəni diri-diri basdırıb. Körpənin hərəkətsiz olduğunu görən nənə onun ölü doğulduğunu düşünüb. Naməlum şəxsin bildirişindən sonra hadisə yerinə polis əməkdaşları gəlib. Polislər əlləri ilə torpağı qazaraq, körpəni xilas edib.
8 saat torpağın altında qalan körpənin yaşaması ətrafdakıları heyrətləndirib. Uşaq dərhal xəstəxanaya aparılıb. Müayinədən sonra uşağın sağlam olduğu məlum olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?