Rusiyanın Qazaxıstanla sərhədində ən dəhşətli qatillərin tutulduğu həbsxana var.
“Qara delfin” həbsxanasındakı şərait insanı qorxuya salır. Burada yamyamlar, qatillər və qanlı terrorçular saxlanılır. Onlar 3500 nəfərin ölümünə görə cəza alıblar. Həbsxanada dünyanın ən vəhşi 700 canisi cəza çəkir.
Həbsxana binanın girişində məhkumlar tərəfindən inşa edilən qara delfin heykəlinə görə “Qara delfin” adlandırılır.
Məhkumların bilinən və hələ sübuta yetirilməyən cinayətlərini toplayanda ümumi olaraq 700 nəfərin 3500 insanın ölümündə ittiham edildiyi üzə çıxarır. Bu rəqəm isə hər məhkumun orta hesabla ən azı 5 cinayət işlədiyi məlum olur. 1973-cü ildə anadan olan Nikolayev Putindən əvvəlki hökumətdə millət vəkili olub. Məşhur rus mafiyasının üzvü olan Nikolayev eyni zamanda bələdiyyə sədri də olan zəngin iş adamı olub. Nikolayev eyni zamanda dəhşətli yamyamdır.
Həbsxanada təhlükəsizlik o qədər güclü təmin olunub ki, 700 məhkuma 900 həbsxana işçisi nəzarət edir. Onlar hər 15 dəqiqədən bir dustaqların qaldığı kameraları yoxlayırlar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?