"Tülpan İlham"ın həbsxana fotolarını əldə edilib Sankt-Peterburqda yerləşən məşhur “Çinar” restoranının güç strukturları əməkdaşlarının iştirakı ilə sökülməsi haqqında xəbərdən sonra restoranın sahibi İlham Əliyev saxlanıldığı həbsxanada insult keçirib. Bir sıra cinayət hadisələrinin sifarişçisi kimi ittiham olunan azərbaycanlı iş adamı “Bambuka” və “Tülpan” ləqəbləri ilə məşhurdur. Məlumatda deyilir ki, “Tülpan İlham” “Çinar” restoranı ilə yanaşı Sankt-Peterburq rəhbərliyinin onun digər restoranlarının sökülməsinə də qərar verməsi haqqında xəbəri həbsxanada televizordan öyrənib. Həbsxanadakı şahidlərin sözlərinə görə, bu xəbərdən sonra məşhur “Tülpan İlham”ın vəziyyəti ağırlaşıb. Hazırda azərbaycanlı iş adamının tamamən müflisləşdiyi, əlində olan sərvətinin dövlət tərəfindən müsadirə edildiyi bildirilir. Mənbənin sözlərinə görə, “Tülpan İlham”ın vəziyyəti kritikdir və o, həbsxananın tibbi müalicə mərkəzinin həkimlərinin nəzarətindədir
Sorğu
Yeni dizaynımız necədir?