İstanbul 2-ci Ağır Cəza Məhkəməsi 2016-cı il avqustun 31-də Uqanda vətəndaşları olan iki bacıdan birini öldürüb digərini yaralayan iki Azərbaycan vətəndaşının barəsində hökm çıxarıb.
gundemxeber.az xəbər verir ki, İstanbulda fahişəliklə məşğul olan uqandalı Violet Nanbatanı öldürməyə, Beatris Babıryenin isə yaralamağa görə Kənan Rəfiyev və Sunay Həsənov adlı Azərbaycan vətəndaşları ömürlük həbs cəzası alıblar. Onlar qəsdən adam öldürməkdə, zorlamada və yaralamada ittiham edilirdilər.
Məhkəmədə son sözlə çıxış edən Kənan Rəfiyev ona qarşı irəli sürülmüş ittihamlarla özünün təqsirli bilmədiyini, barəsində bəraət hökmü çıxarılmalı olduğunu bildirib. Digər şübhəli Sunay Həsənov isə hadisə zamanı uqandalı qadını öldürmək niyyətinin olmadığını deyib, barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.
Məhkəmə heyəti qərarı açıqlayıb və Kənan Rəfiyevə Violet Nanbatanı öldürməyə yardım etməyə görə ömürlük həbs cəzası verib. Ayrıca məhkəmə qarət və zorlama ittihamları ilə ona əlavə 20 il həbs cəzası kəsib. Sunay Həsənov isə Violet Nanbatanı öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzası alıb.
Bu cinayət hadisəsi Türkiyədə geniş rezonans doğurmuşdu və qadın haqları müdafiəçiləri məhkəmənin qarşısında aksiyalar təşkil edərək təqsirləndirilənlərə ağır cəza verilməsini tələb edirdilər. Cinayəti törədən Azərbaycan vətəndaşları Türkiyəyə fəhləlik etmək üçün gediblər və bir az pul qazanandan sonra İstanbulda uqandalı qadınlarla əylənmək fikrinə düşüblər. http://virtualaz.org/bugun/84790
Sorğu
Yeni dizaynımız necədir?