Ali Məhkəmədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşovun həyat yoldaşı Elmira Dadaşovanı öldürməkdə, çoxsaylı oğurluq və oğurluğa cəhd etməkdə təqsirli bilinən Əlaqif Abbasovun barərsində olan hökmdən Baş Prokurorluğun verdiyi kassasiya şikayətinə baxılıb.
Qeyd edək ki, Əlaqif Abbasov ötən il avqustun 14-də Hökməli qəsəbəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşovun 1955-ci il təvəllüdü həyat yoldaşı Elmira Xalid qızı Dadaşova Əlaqif Abbasov tərəfindən bıçaqlanaraq öldürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əlaqif Abbasov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Əlaqif Abbasov apelyasiya şikayəti verib. O, şikayətində barəsində təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzasının ləğv edilməsini və həmin cəzanın müddətli cəza ilə əvəz edilməsini istəyib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə Əlaqif Abbasovun apelyasiya şikayəti təmin edilməyib.
Əlaqif Abbasov kassasiya şikayəti ilə Ali Məhkəməyə göndərdiyi şikayətində qeyd edib ki, onun barəsində təyin edilmiş ömürlük cəza həddindən artıq ağırdır. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini və barəsində müddətli cəza verilməsini istəyib. Həmçinin Baş Prokurorluğa da kassasiya şikayəti verib. Prokurorluq kasasiya şikayətində Əlaqif Abbasovun
ömürlük cəza ilə cəzalandırılması ilə razı qalsa da, zərərçəkənlərə dəymiş ziyanın Əlaqif Abbasov tərəfindən ödənilməsini tələb edib.
Hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərar görə, apelyasiya protesti təmin edilməyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?