GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Naxçıvanda dövlət səviyyəsində terror

Naxçıvanda dövlət səviyyəsində terror

Tarix: 13-12-2012, 13:04 Bölmə :Maraqlı Baxış: 822
Naxçıvanda dövlət səviyyəsində terror
Xan rejimində iş adamına verilən zülüm

gundemxeber.az Noyabrın 8-də Sədərək Gömrük İdarəsində baş verən insidentdən sonra həbs olunduqları bildirilən işadamı Məhəmməd Qurbanov və onun kürəkəni Nadir Məmmədovun harada saxlanıldıqları barədə yaxınlarına məlumat verilmir. Bu haqda iş adamının qızı Elnurə Məmmədova məlumat verib. O deyir ki, atasını elə həmin gün gömrükdəcə həbs ediblər. Həyat yoldaşı Nadir Məmmədov isə evə qayıtdıqdan sonra həbs edilib: «Nadir evə gücnən gəlib çatmışdı. Onu o qədər döymüşdülər ki, bütün qan içində idi. Deyirdi ki, burnu və qabırğaları sınıb. 30 nəfər tökülüb üstünə. Deyirmişlər ki, «Nadiri öldürün, öldürün». Birtəhər əllərindən çıxıb qaça bilib. Üst-başı qan olduğundan heç bir maşın onu evə gətirmək istəməyib. Xeyli yol piyada gələndən sonra bir maşın insafa gəlib saxlayıb. Evə çatdı, 5 dəqiqə keçməmiş 10 nəfər yekəpər, mülkigeyimli tökülüşdülər evə. O vəziyyətdə olmasına baxmayaraq, tutub apardılar. O vaxtdan nə atamdan xəbər var, nə də ki, həyat yoldaşımdan. Belə qanunsuzluq harada görünüb?».
Elnurə Məmmədova deyir ki, atasının və həyat yoldaşının Sədərək rayon Polis İdarəsində saxlanıldığını ehtimal etdiyindən, anasını və qayınanasını ora göndərib: «Anamgil atamın maşınını Sədərək rayon Polis İdarəsinin həyətində görüblər. Ancaq İdarədən onlara deyiblər ki, siz axtardığınız adamlar burada yoxdur. Yerlərini deməyiblər. Anamı söyüblər, təhqir ediblər. Bilmirik itiblər, yoxsa ölüblər -- heç nə demirlər. Anamgil qayıtdılar evə, birlikdə getdik Ali Məclisə. Ali Məclisdə bizi başlarından elədilər. Qovsaydılar ondan yaxşı idi. Orda qayınanamın vəziyyəti pisləşdi, təcili yardımla xəstəxanaya gətirmişik, vəziyyəti ağırdır, danışa bilmir. Anam da getmişdi Daxili İşlər Nazirliyinə. Orda da qəbul eləməyiblər. Deyiblər ki, Məhəmməd Qurbanovla, Nadir Məmmədov cinayətkardırlar. Ancaq nazirlikdən də onların harada saxlanıldıqları haqda məlumat verməyiblər».
Məsələyə münasibət öyrənmək üçün öncə Sədərək rayon Polis İdarəsi ilə əlaqə saxladıq. Sultanov soyadlı növbətçi Məhəmməd Qurbanovun və Nadir Məmmədovun onların idarəsində saxlanılıb-saxlanılmasına münasibət bildirməkdən yayındı. Naxçıvan MR DİN-dən də bu haqda məlumat vermək istəməyiblər. Nazirliyin Cinayət Axtarış İdarəsinin rəisi Qulu Rüstəmov AzadlıqRadiosunun zənginə belə reaksiya verib: «Sən qələt eləyirsən mənə zəng vurursan. Qoy yerinə telefonu, axırıncı dəfə olsun mənə zəng vurursan. Rədd olun...».
Sahibkar Məhəmməd Qurbanov noyabrın 8-də AzadlıqRadiosuna bildirmişdi ki, Türkiyədən gətirdiyi ərzaq məhsullarını ölkəyə buraxmaq üçün gömrükçülər ondan rüsumdan artıq pul istəyiblər. Həmin pulu vermədiyi üçün malını anbardan çıxartmağa qoymayıblar. O da məcbur olub jurnalistlərə üz tutub. Məhəmməd Qurbanov onu da bildirmişdi ki, daha sonra gömrük işçiləri onu və kürəkəni Nadir Məmmədovu mühasirəyə alaraq fiziki təzyiq göstəriblər.
Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsindən isə AzadlıqRadiosuna belə bir hadisənin baş vermədiyini bildirmişdilər.
Məhəmməd Qurbanov hələ 2009-cu ilin sentyabrında Sədərək gömrük-keçid məntəqəsindəki rüşvətxorluq halları barədə dövlət qurumlarına şikayət etdiyi üçün polis onu Psixi Xəstəliklər Dispanserinə yerləşdirmişdi. O vaxt Naxçıvan DİN bu məsələyə münasibət bildirməmişdi.
2011-ci ilin fevralında isə Nadir Məmmədov Naxçıvanın Daxili İşlər naziri Əhməd Əhmədov tərəfindən işgəncəyə məruz qaldığını deyirdi. Nadir Məmmədov şəxsən Əhməd Əhmədovun onun barmağını kəlbətinlə sıxaraq işgəncə verdiyini iddia edirdi.

Yafəz Əkrəmoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Talıbov rejimində vandalism

    Talıbov rejimində vandalism ...

    12-12-2012, 12:16

  • 
  • Naxçıvanda daha bir özbaşınalıq

    Naxçıvanda daha bir özbaşınalıq ...

    4-02-2013, 10:25

  • 
  • Xəsarət alanlardan 5-i evə buraxılıb

    Xəsarət alanlardan 5-i evə buraxılıb ...

    16-12-2015, 17:50

  • 
  • Azərbaycanda evə silahlı basqın edilib.

    Azərbaycanda evə silahlı basqın edilib. ...

    7-08-2013, 12:36

  • 
  • Tovuzdakı dəhşətli qəzada ölənlərin adları bilindi - SİYAHI

    Tovuzdakı dəhşətli qəzada ölənlərin adları ...

    10-07-2015, 08:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu