Azərbaycanda evə silahlı basqın olub, xeyli miqdarda pul, qızıl və avtomobil aparılıb Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Goranboyun Ağamoğullu kəndində Əbülfət Məmmədovun evinə gələn 3 mülki şəxs onun əl ayağını iplə bağlayaraq döyüb. Arvadı Səkinə və qızını tapança ilə hədələyərək evdən 5100 manat, 1000 ABŞ dolları və qızıl əşyaları götürərək həyətdə Ə. Məmmədova məxsus ”Hyundai” markalı avtomobillə oturaraq gediblər. Sonradan qaçırılan avtomobil tapılıb. Hazırda hadisəni törədən şəxslərin tapılması istiqamətində iş aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?