Cənubi Koreyada yaşayan 71 yaşlı kişi çiy halda dəniz məhsulu yediyi üçün əlindən olub.
gundemxeber.az xəbər verir ki, çiy halda dəniz məhsulu yediyi üçün dəri xəstəliyinə tutulan talehsiz adam ət yeyən bakteriya səbəbilə əlini itirib.
Belə ki, o, dəniz məhsullarını çiy halda yedikdən 12 saat sonra əlində ağrı hiss edib. Diyabet və hipertoniyadan əziyyət çəkən 71 yaşlı kişi əlində olan ağrıların get-gedə artdığını görəndən sonra həkimə müraciət etməyə məcbur olub. Məlum olub ki, onun dərisinə ət yeyən bakteriyalar düşüb.
Bir müddət xəstəxanada müalicə alan 71 yaşlı adamın vəziyyətinin gündən-günə ağırlaşdığını görən həkimlər, 25 gün sonra onun əlini kəsmək məcburiyyətində qalıblar.
dr karen wong ile ilgili görsel sonucu
Dünyaca məşhur plastik cərrah Dr.Karen Vong baş vermiş bu hadisə ilə bağlı öz fikirlərini bölüşüb:
"Dəniz suyunda, ya da çiy, az bişmiş dəniz məhsullarının təkibində bu cür dəri mikrobları mövcuddur. Xroniki qaraciyər, xərçəng xəstəliyi də daxil olmaqla immun çatışmazlığı olan xəstələrdə infeksiyaya yoluxma riski daha yüksəkdir" - deyə K.Vong bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?