"The İndependent" yapon mətbəxini sevənləri ehtiyatlı olmağa çağırır.
Qəzetdə dərc olunmuş məqalədə deyilir ki, çiy balıqdakı bəzi qurdabənzər parazitlər insanın daxili orqanlarına yapışaraq kəskin ağrılara və qızdırmaya səbəb ola bilər. Əlbəttə, bütün suşilər çiy balıqdan hazırlanmır, lakin yapon mətbəxinin daha bir populyar təamı olan saşimini çiy balıqdan hazırlayırlar. Bu yaxınlarda İspaniyada qızdırma və ağrı simptomları ilə xəstəxanaya gətirilmiş pasientin bağırsaqlarında anisakis yumru qurdları aşkar edilib. Qəzet yazır ki, sözü gedən pasient ağrılardan və qızdırmadan, habelə qusmadan 1 həftəyədək əzab çəkib. BMJ - Britaniya Tibb Jurnali yazır ki, belə hallarla bağlı əsas tibb ədəbiyyarı Yaponiyada yazılıb, çünki bu ölkənin mətbəxində dəniz mənşəli qidalardan geniş istifadə olunur. Həkimlər deyirlər ki, indi vəziyyət dəyişib və anisakis qurdu Qərb ölkələrində də yayılmağa başlayıb. Bu onunla əlaqədardır ki, yapon mətbəxi Avropada və başqa yerlərdə getdikcə daha çox populyarlaşır. Təkcə Birləşmiş Krallıqda suşinin illik bazarı 69 milyon funt sterlinqə bərabərdir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?