ABŞ-ın Oreqon ştatında yaşayan Amber Raçdi adlı qız arıqlayaraq görünüşü ilə hamını təccübləndirib.
gundemxeber.az xəbər verir ki, cəmi 24 yaşı olan qız piylənmə xəstəliyinə (obezite) tutulduğu üçün çəkisi 300 kiloqram olmuşdu.
Həkimlər Amberə bu çəki ilə yalnız 30 yaşına qədər yaşayacağını demişdi. Raçdi həkimlərin dediklərini və sevgilisi Rovi ilə eyni yataqda yata bilmədiyini görüb arıqlamaq qərarı alıb. O, əməliyyat olunmaq istəsə də, həkimlər ona bıçaq altına yatmazdan öncə yeməkdən imtina edib və idmanla məşğul olmağı və ən az 40 kiloqram arıqlamağı məsləhət görüblər.
Əməliyyatla birlikdə 200 kiloqram arıqlayan gənc qız sonda görünüşü ilə başqa biri olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?