Türkiyədə özünü din xadimi kimi təqdim edən, lakin özü və təşkilat üzvləri qanunsuz əməllərinə görə həbs edilən Adnan Oktarın xarici ölkələrdəki şirkətlərdən əldə etdiyi gəlirlər açıqlanıb.
Təşkilata Qazaxıstandakı şirkətdən ayda bir milyon dollar, Dubaydakı şirkətdən isə yüksək miqdarda pul gəldiyi məlum olub.
İstanbul prokurorluğu tərəfindən aparılan araşdırma nəticəsində bəlli olub ki, bu iki ölkədən təşkilata ayda bir neçə milyon dollar pul köçürülür.
Pulun ölkəyə nağd olaraq gətirildiyi, bir qisminin təşkilat şirkətlərinə ödəmə adı altında banklar vasitəsilə köçürüldüyü məlum olub.
Dubaydan pul transferi ayda bir neçə dəfə təşkil edilib. Hər dəfə gətirilən çantanın içində 300 min dollar pul olduğu bildirilir.
Məlumata görə, təşkilatın gündəlik xərcləri zəngin üzvlərin bank kartları vasitəsilə ödənilib. /publika.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?