Elbrus dağında 31 il əvvəl itkin düşmüş alpinist qadının meyiti tapılıb.
Bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin Qaraçay-Çərkəz Respublikası üzrə Baş İdarəsindən bildiriblər.
Qadının meyiti turistlər tərəfindən 4 min metr yüksəklikdə aşkarlanıb.
Meyitə baxış keçirilərkən 1951-ci il təvəllüdlü Yelena Bazıkinaya məxsus pasport tapılıb. Həmçinin 1987-cilin ilin aprelin 10-da Y. Bazıkinanın adına alınan Moskva-Mineralnıye Vodı aviabileti üzə çıxıb.
Qeyd edək ki, 1987-ci ildə alpinistlərdən ibarət qrup sözügedən ərazidə qar uçqunu altında qalıb. O vaxt aparılan axtarışlar nəticə verməyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?