Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərə görə, Bakı şəhəri, Nəsimi rayonunda 1941-ci il təvəllüdlü Rüstəmova Rəfiqə Tərlan qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb ediliblər. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzil qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.
Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə binanın damından enərək daxil olub və giriş qapısını açıblar.
Mənzilə baxış keçirilərkən vətəndaş yataq otağında hərəkətsiz vəziyyətdə aşkarlanıb.
Hadisə yerində çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində 1941-ci il təvəllüdlü Rüstəmova Rəfiqə Tərlan qızının vəfat etdiyi müəyyən olunub. Cəsəd aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 11:56-da başa çatıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?