İranın qadın insan haqları müdafiəçisi həbsdə olan Fərhad Meysaminin gələn bir neçə gün ərzində tam aclıq aksiyasına başlayacağını bildirib.
Jila Baniyaqub tvit edərək yazıb ki, xəbəri 48 yaşlı həkimlə bərabər həbsdə olan yoldaşlarından alıb.
Baniyaqub Meysaminin şənbə güündən etibarən “yaş”dan “quru” aclığana başlayacağını deyib. Bu isə o deməkdir ki, o, yeməklə yanaşı, sudan da imtina edəcək. O, Meysaminin yalnız dərman qəbul edərkən su icəyini bildirib.
İnsan haqları müdafiəçilərinin bildirdiyinə görə, Meysami ailəsinə avqust ayının 1-dən aclıq aksiyası keçirdiyini deyib. O, avqustun 1-də ofisində qanunsuz kitablar və islam siyasəti əleyhinə şüarlar aşkar edildiyinə görə həbs edilib.
2009-cu ildə Qadın Media Fondunun “Jurnalizmdə cəsarət” medalına layiq görülən Baniyaqub Meysaminin aksiyasını İranda insan haqları durumuna diqqətləri cəlb etmək mahiyyəti daşıması ilə izah edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?