Azərbaycanda orta məktəb dərsliklərində vulqar ifadələr zaman-zaman mətbuatın gündəminə gəlir.
AZXEBER.COM-a müraciət edən Kazım Əliyev adlı valideyn də dərsliklərdə olan dialoqlarla bağlı narazılığını bildirib.
O deyib ki, övladı 8-ci sinifdə təhsil alır və 8-ci sinif Azərbaycan dili dərsliyində olan dialoq onu narahat edir: “Mənim övladım kitabda yazılan bu sözləri gündəlik həyatında da istifadə etməyə başlayıb. O “brat”, nadayet eləmə”, “təkərə salma məni” və başqa ifadələri dilinə düşüb. İrad bildirində isə kitabı istinad olaraq göstərir. Təhsil Nazirliyi belə şeylərə nəyə görə icazə verir, hələ də anlamıram”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?