Mikayıl Cabbarovun nazirliyi hara baxır? 10-cu sinif «Azərbaycan Dili» kitabında yazılmayan təhqir qalmayıb
Azərbaycanın Təhsil Nazirliyi artıq təhsil siyasətini buraxaraq, artıq şagirdlərə təhqirləri, söyüşlərin ən ağır formalarını öyrətməyə başlayıb. Bir neçə gün əvvəl «Azərbaycan Tarixi» adlı əyani vəsaitin Ermənistanın bayrağı fonunda nəşr edilməsi məsələsini boynundan atan nazirliyin, yəqin ki, «Azərbaycan Dili» dərsliyində yazılanlarla bağlı tutarlı arqumentləri olacaq.
10-cu sinif şagirdləri üçün nəşr edilmiş dərslik olan «Azərbaycan Dili» kitabında olmayan söyüş, işlədilməyən təhqir qalmayıb. Dərsliyin müəllifinin kimliyi bizə məlum olmasa da, onun içində şagirdlərin bilik və bacarıqlarını artırmaq üçün nəzərdə tutulmuş mətnlər sözün həqiqi mənasında biabırçılıqdan ibarətdir.
Təbii ki, ədəbiyyatçılar əsərlərində vulqar sözlərdən istifadə edə bilərlər. Amma onlar da bir həddə qədər bu imkanlardan yararlanırlar. Sovet dövründə də bəzi sözlərin senzurasız buraxıldığı aydın məsələdir. Amma 10-cu sinif şagirdləri üçün nəzərdə tutulmuş «Azərbaycan Dili» dərsliyində «binamus», «qancıq», «küçük» kimi sözlərdən istifadə edilirsə, bunun adını qoymaq xeyli çətindir. Xüsusən də, Təhsil Nazirliyinin nəzarəti altında nəşr olunmuş dərsliyə.
Əgər nazirlik şagirdlərə tərbiyyə vermək, onların savadlı kadr olmasına çalışırsa, bu kitablarla ancaq və ancaq tərbiyyəsi pozulmuş bir nəslə sahiblənmək mümkündür. Düzdür, təhsil naziri Mikayıl Cabbarov təhsil işçisi deyil. O, dövlət qoruğunun rəhbəri vəzifəsindən belə mühüm posta gətirilib. Amma bu adamın ətrafında bir ağıllı adam yoxdurmu ki, bütün bu birabırçılıqlarla bağlı hesabat hazırlayıb, nazirə təqdim etsin? Və ya həqiqətənmi Təhsil Nazirliyində savadlı, işini bilən kadrlar yoxdur ki, bütün nəşrlərə nəzarət edib, onları ən azından normal formaya salsın?
Görünür, Mikayıl Cabbarovu tamam başqa mətləblər düşündürür. Əks təqdirdə, ölkənin ən böyük nazirliyinin başında duran şəxs yeni nəslin bu dərəcədə tərbiyyədən yoxsun yetişməsinə göz yummazdı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?