Rusiyada həm Duma üzvlərinin, həm də ayrı-ayrı regionların parlamentlərində təmsil olunan deputatların vəzifələrindən sui-istifadə edərək, kobud qanun pozuntularına, özbaşınalığa və hətta cinayətlərə yol vermələri, demək olar ki, artıq adi hal alıb. Belə hallardan biri də Kurqan vilayətində baş verib.
Gundemxeber.Az xəbər verir ki, deputat Viktor Semyonov bir qadını döyməkdə və ona ağır bədən xəsarətləri yetirməkdə ittiham olunub. Lakin maraqlıdır ki, vilayət məhkəməsi deputata buna görə, cəmi 5 min rubl(75 dollar) cərimə kəsməklə kifayətlənib.
Rusiya mətbuatının yazdığına görə, hadisə deputatın öz ad gününü qeyd etdiyi vaxt baş verib. Belə ki, alkoqolun təsiri altında olan V.Semyonov eyvanda siqaret çəkərkən, qonşuluqda yaşayan qadın siqaret tüstüsünə görə, ona irad bildirib. Bu isə vilayət parlamentində “Ədalətli Rusiya” fraksiyasına rəhbərlik edən deputatın xoşuna gəlməyib.
Mətbuat yazır ki, zərərçəkmişin məhkəmə qərarından yuxarı instansiyalara şikayət göndərəcəyi və bu qadına əl qaldıran deputat onu xəstəxanalıq edib. Məlumata görə, hətta həmin xanım 1 aydan artıq müddətdə xəstəxanada müalicə almalı olub. Lakin V.Semyonov öz günahını etiraf etməyib və qadından heç üzr də istəməyib. Həmin xanımın vəkili isə deyib ki, deputat ifadəsində guya qadını “təsadüfən vurduğunu” bildirib.
Mətbuat isə bildirir ki, zərərçəkənin məhkəmənin qərarından yuxarı instansiyalara şikayət göndərəcəyi və bu səs-küylü işin hələ xeyli davam edəcəyi gözlənilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?