Bu gün “Report” İnformasiya Agentliyinin (İA) fəaliyyətə başlamasından 4 il ötür.
Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən “Report” İA ötən dörd il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.
“Report”un Türkiyə, Rusiya, Gürcüstan, Qərbi və Şərqi Avropa üzrə müxbir postları, habelə Azərbaycan üzrə Qarabağ, Cənub, Aran, Şirvan, Qərb, Şimal, Şimal-Qərb büroları fəaliyyət göstərir.
“Report” İA-nın əsas veb-resursu olan www.report.az saytı ötən dövr ərzində özünü digər mətbuat orqanları üçün etibarlı xəbər mənbəyi kimi təsdiqləyib. Agentliyin xəbərlərini ölkədə fəaliyyət göstərən yüzlərlə informasiya resursu, o cümlədən televiziya, radio, qəzet və xəbər saytları yayımlayır. Saytın rus və ingilis dillərində olan versiyalarında Azərbaycanla bağlı dərc olunan xəbərlər nüfuzlu beynəlxalq KİV-lərin də diqqət mərkəzində olub.
“Report” İnformasiya Agentliyi gündəlik bülletenlər vasitəsilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər www.report.az saytında gedən bağlı xəbərləri, analitik məlumatları oxumaq üstünlüyü qazanırlar.
“Report” İnformasiya Agentliyi ad günü münasibətilə bütün oxucularını, o cümlədən “Report”la əməkdaşlıq edən bütün dövlət qurumlarını, deputatları, QHT-ləri, vəkilləri, səfirlikləri, ekspertləri təbrik edir, onlara uğurlar arzulayır!
"Report"un kollektivini agentliyin yaradılmasının 4-cü ildönümü münasibəti ilə təbrik edir və bu istedadlı, gənc kollektivə daha böyük yaradıcılıq uğurları arzulayırıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?