Yaponiya şahzadəsi Ayako bazar ertəsi evlənib və bu ona titulu bahasına başa gəlib.
Nikah mərasimi Tokionun Meydzi məbədində keçirilib. Gəlin ənənəvi olaraq, yaşıl naxışlı və 12 qatlı kimono geyinib.
Ayakonun əri, 32 yaşlı Key Moriya zadəgan deyil. O, gəmiçilik şirkətinin əməkdaşıdır. Ənənəyə əsasən, xalqdan çıxan qadın, imperator ailəsinin üzvü ilə ailə qurursa, o zaman onun bir hissəsi olur. İmperator ailəsinin qadın üzvü isə xalqdan çıxan kişi ilə nikaha girirsə, o zaman imperator sarayını tərk etməlidir.
28 yaşlı Ayako şahzadə Norixito Takamadonun kiçik qızı və Yaponiya imperatoru Akixitonun bibisi nəvəsidir. Keçən həftə o, imperatorla və saray nümayəndələri ilə sağollaşıb.
Bununla bərabər, Japan Times qəzetinin verdiyi məlumaya görə, Ayako müvafiq həyat tərzi yaşamaq üçün büdcədən bir milyon dollar alacaq.
Keçən il digər şahzadə Mako Akisino da evlənərək, sarayı tərk edib. O, hüquqşünasla ailə həyata qurub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?