Bakının Lökbatan qəsəbəsində 20 yaşlı M.Z adlı qadın evdən qovulub.
Həyat yoldaşı və qayınanası tərəfindən küçəyə atılan qadının evdən qovulmasına səbəb hamilə olması olub.
Kömək üçün “Təmiz dünya” İctimai Birliyinə müraciət edən qadın 3 aylıq hamilə olduğunu, ərinin, eləcə də ərinin ailəsinin bu xəbəri eşitdikdən sonra onu küçəyə atdığını bildirib.
“Araşdırma zamanı məlum olub ki, bu ilin yayında ailə quran M.Z -ya rəsmi nikah bağlanmayıb. Qızın özü və ailəsinin tələblərinə baxmayaraq, oğlan tərəfi rəsmi nikah təklifindən imtina edib. Bu günlərdə isə gəlinin 3 aylıq hamilə olduğunu bilib evə buraxmayıblar.
Qadın adi qaydada anasıgilə gedib və bundan sonra əri ona zəng edərək bir daha evə qayıtmamasını istəyib. Evə getdikdə isə onu artıq evə buraxmayblar” deyə təşkilatdan AzNews.az-a bildirilib.
Hazırda gənc qadına hüquqi yardımla bağlı iş aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?