ABŞ mərkəzli hotellər şəbəkəsi "Hilton"un Yaponiyadakı şöbəsində qalmaqala imza atılıb.
GundemXeber.Az xəbər verir ki, Yaponiyanın Fukuoka şəhərindəki hotelə gedən Kubanın ölkədəki səfiri Karlos Pereiranın orada qalmasına icazə verilməyib.
Bu barədə Yaponiyadakı milli qəzetlərdən "Asahi Shimbun" məlumat yayıb. Hotel rəsmiləri qərarın doğru olduğunu irəli sürüb.
Ancaq Fukuoka şəhərinin rəsmiləri bu qərara qarşı çıxaraq hotelə xəbərdarlıq edib. Yaponiyada qonağın milliyyətinə görə ayrı-seçkiliyə yol verilməməsinin söz mövzusu olmadığı bildirilib.
Hadisədən sonra Kuba Səfirliyi Yaponiya Xarici İşlər Nazirliyinə məktub yazaraq hotelin davranışının utancverici olduğunu söyləyib. Yaponiya ərazisində Amerika qanunlarının həyata keçirilməsinin isə ölkə suverenliyinə zərər vurduğu vurğulanıb.
"Hilton"un bölgə müdiri Emiko Ogami şəbəkənin bütün hotellərində Amerika sanksiyalarının tətbiq olunduğunu, ölkələrdən gələn hökumət və dövlət rəsmilərinin yerləşdirməsinə icazə vermədiklərini önə sürüb. Bu ölkələrin arasında Kuba, İran, Şimali Koreya və Suriya da yer alıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?