GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » “Cinayəti necə gizədə bilərik?” - "New York Times" şahzadənin Ağ Evdəki suç ortağını açıqladı

“Cinayəti necə gizədə bilərik?” - "New York Times" şahzadənin Ağ Evdəki suç ortağını açıqladı

Tarix: 10-12-2018, 13:10 Bölmə :Maraqlı Baxış: 413
“Cinayəti necə gizədə bilərik?” - "New York Times" şahzadənin Ağ Evdəki suç ortağını açıqladı


“New York Times” qəzeti jurnalist Camal Qaşıqçının ölümündən sonra Trampın kürəkəni Cared Kuşnerin şahzadə Məhəmməd Salmana problemin öhdəsindən necə gəlmək lazım olduğu barədə məsləhət verdiyini bildirib.

Gundemxeber.Az Yenicag.az-a istinadla xəbər verir ki, Trampın baş məsləhətçisi funksiyasını da daşıyan Kuşner 10 noyabr tarixində Con Boltonla birlikdə şahzadə ilə danışıb.

Lakin Kuşner tərəfindən verilən məlumatda bunun onlar arasındakı son görüş olduğu bildirilsə də, qəzet daha sonra ikilinin (Cared Kuşner – Məhəmməd Ibn Salman) yenidən görüşdüyünü və bu görüş əsnasında Kuşnerin şahzadəyə “dünyaya daha çox səs yayılmamış” mövcud cinayəti necə ört-basdır edilməsi yollarının izah etdiyi iddia olunub.

“New York Times”ın əldə etdiyi faktlara əsasən yaydığı xəbərdə, Trampın hakimiyyətə gəldikdən dərhal sonra kürəkəninin Səudiyyə şəhzadəsi ilə davamlı rəsmi və qeyri-rəsmi görüşlər keçirdiyi ortaya qoyulub. Hətta bu görüşlər, jurnalist Camal Qaşıqçının öldürülməsindən sonra da davam edib. Bu dəfə isə söhbət mövzusu “cinayəti necə gizlətmək olar?” sualına cavab tapmaq olub.

“Ağ Ev”də mövcud olan, “xarici dillərdə keçirilən bütün görüşlərə CIA nəzarət edəcək” sanksiyasına baxmayaraq, “Kuşner mütamadi olaraq bu görüşləri necə qeyri-rəsmi keçirə və gizlədə bilib?” sualı isə cavabını tapmamış olaraq qalır.

Bütün dünyanın şahzadəni küncə sıxıb, cinayətdən dolayı cavab verməsini tələb etdiyi anda Kuşner “Ağ Ev”də onun qoruyucusuna çevrilir və beləcə bu, Tramp Səudiyyə Ərəbistanının ABŞ-ın ən yaxın müttəfiqlərindən biri olduğunu nəzərə alaraq kürəkəni ilə eyni siyasi yolu getməsinə səbəb olur.

Ancaq ittifaq üçün tər tökən tək Kuşner deyil. “New York Times”ın əldə etdiyi başqa faktlara əsasən, şahzadə Salman da 2 ildən çoxdur ABŞ, xüsusiylə də Kuşner ilə əlaqələr qurmaq üçün ciddi səylər göstərib və buna nail olub.

Trampın hakimiyyəti bərqərar olduqdan qısa zaman sonra, şahzadə Salmana yaxın bir qrup amerikalı nümayəndə Səudiyyəyə yollanır və yeni qurulmuş sistemdə “onların” əsas dayaq nöqtəsinin məhz Kuşner olacağı məlumatı ötürülür.

Səudiyyə hakimiyyəti isə düşünüləndən də ağıllı davranırmış. Hələ Tramp hakimiyyətə gəlməzdən əvvəl yaxınlıq əlaqələri qurulmuş, Israil-Fələstin böhranında “dəstəkçi olmaq” barədə müzakirələr edilmiş, ABŞ-ın iqtisadiyyatını güclü saxlamaq üçün milyardlarla dollarlıq layihələr atrafında müzakirələr aparılıb.

İki keçmiş “Ağ Ev” rəsmisinin sözlərinə görə, ABŞ hələ şahzadə Salman varis elan olunmamışdan əvvəl Kuşner vasitəsiylə Salmanı hakimiyyətə gətirmək planları qurub. Plana əsasən, kral Salman ibn Abdülləziz öldükdən sonra Səudiyyədə məhz Məhəmməd ibn Salmanın iqtidarı bərqarar olacaqdı. Hətta bunun üçün üçüncü ölkədən – Birləşmiş Ərəb Əmirliklərindən də dəstək vəd edilib.

Məsələyə münasibət bildirən Xarici siyasət üzrə mütəxəssis Martin Induk isə, “Cared Kuşner və Şahzadə Salman arasındakı münasibəti” fərqli xarakterizə edib. O bildirib ki, ikili arasında qurulan münasibət Trampın sadəcə Səudiyyəyə deyil, həm də bütöv regiona nəzarət mexanizmidir.

2016-cı ildəki seçkilərdən sonra ABŞ-a gələn Salman və heyəti döndükdən sonra bir çox məsələləri özündə ehtiva edən sənəd hazırlayır. Burada əsas məsələlərdən biri İsrail-Fələstin məsələsi idi. Məhz Trampın dəstəyini qazanmaq üçün Kuşnerin istədiyi şəkildə hazırlanan bu sənəd birbaşa ABŞ maraqlarına xidmət edib.

Digər ən əsas məsələlərdən biri isə, “Ərəb NATOsu”nun formalaşdırılması olub ki, bu barədə ətraflı məlumatlar əldə edilə bilməyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vəliəhd şahzadə Trampın kürəkəninə Qaşıqçı haqda nə deyib?

    Vəliəhd şahzadə Trampın kürəkəninə Qaşıqçı haqda ...

    2-11-2018, 17:05

  • 
  • Vəkil: Kuşner bəzi Ağ Ev yazışmaları üçün şəxsi elektron poçtundan istifadə edib

    Vəkil: Kuşner bəzi Ağ Ev yazışmaları üçün şəxsi ...

    25-09-2017, 16:21

  • 
  • Trampın kürəkəninə Kremlə görə ETİMADSIZLIQ

    Trampın kürəkəninə Kremlə görə ETİMADSIZLIQ ...

    19-07-2017, 12:36

  • 
  • “NEW YORK TIMES” Qaşıqçının qatillərinin adlarını yazdı

    “NEW YORK TIMES” Qaşıqçının qatillərinin adlarını ...

    17-10-2018, 14:25

  • 
  • “The New York Times” qəzetinin Trampı ifşa edən “bomba” məqaləsi

    “The New York Times” qəzetinin Trampı ifşa edən ...

    3-10-2016, 21:56


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu