ABŞ prezidenti Donald Trampın kürəkəni və Ağ Evin aparıcı müşaviri Cared Kuşner rəsmi administrasiyanın işlərinin müzakirəsi üçün şəxsi e-mail hesabından istifadə edib.
Kuşnerin vəkili Abbi Louel bazar günü bəyanatla çıxış edərək bildirib ki, bu ilin yanvarından avqust ayına qədər Kuşnerin şəxsi elektron poçt ünvanına gəldiyi və cavablandırdığı məktubların sayı 100-dən bir qədər azdır. Louel əlavə edib ki, Kuşnerin rəsmi Ağ Ev e-mail ünvanı əvəzinə şəxsi e-mail ünvanına göndərilən məktublar adətən xəbər məqalələri və ya siyasi şərhlərdən ibarət olub.
Vəkil deyib ki, Kuşnerə göndərilən bütün qeyri-şəxsi məktublar onun rəsmi Ağ Ev elektron poçtuna göndərilərək, yaddaşda saxlanılıb.
ABŞ qanunlarına əsasən prezidentin aldığı və göndərdiyi, cümlədən prezidentin icra aparatı və məsləhətçilərinin iş yazışmaları saxlanılmalıdır.
Tramp keçən ilki seçki kampaniyası dövrü dəfələrlə dövlət katibi olduğu vaxt rəsmi yazışmaları üçün şəxsi elektron poçt serverindən istifadə etdiyinə Hillari Klintonu tənqid edib./amerikaninsesi.org
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?