80 yaşındakı Satoru Anzaki adlı yapon iş adamı xərçəngə tutulduğunu öyrənəndən sonra dərmandan istifadəni rədd edərək, yaxınlarına təşəkkür etmək üçün bir vida partisi təşkil etdi. Anzaki keçirilən məclisdə aralarında dostları, iş ortaqları, məktəb yoldaşları və işçilərinin də olduğu 1000 nəfəri dəvət edib. Yapon iş adamı məxlis üçün paytaxt Tokiodakı bir hotelin salonunu kirayə götürüb və salonu yığdığı xatirələrlə doldurub.
Satoru Anzaki partidən sonra verdiyi açıqlamada isə bunları deyib: “Həyatım boyunca tanış olduğum insanlara təşəkkür edirəm” deyə bildiyim üçün xoşbəxtəm. Qalan zamanımı mümkün olduqca keyfiyyətli bir şəkildə keçirə bilmək üçün müalicədən keçməməyə qərar verdim. Çünki xəstəliyin yan təsirləri olduqca böyükdür.
Anzaki partidəki atmosferin melanxolik bir havaya bürünməməsi üçün məmləkəti Tokuşimadan bir rəqs qrupu da çağırıb. Yapon mediasına görə, Anzaki minnətdarlığını göstərə bilmək üçün partidə mümkün qədər çox adamla əl sıxışmağa çalışıb. Keçmiş bir şirkət işçisi isə onun haqqında bunları deyib: “Çox əyləncəli bir parti idi. Mən də xəstəlikdən əziyyət çəkirəm və bu parti sayəsində qalan həyatımı necə yaşaya biləcəyimi yenidən düşünməyə başladım”.
Sorğu
Yeni dizaynımız necədir?