GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Papa tvitterdə, şeyximiz hələ e-mail açmayıb

Papa tvitterdə, şeyximiz hələ e-mail açmayıb

Tarix: 14-12-2012, 12:37 Bölmə :Maraqlı Baxış: 644
Papa tvitterdə, şeyximiz hələ e-mail açmayıb
İslam haqda qara obraz formalaşdıran kimlərdi?

gundemxeber.az «Əziz dostlar, mən çox məmnunam ki, «Tvitter» üzərindən sizinlə əlaqə qururam. Bol-bol cavablarınız üçün çox sağ olun. Sizə səmimi qəlbdən xeyir-dua verirəm». Katoliklərin bir həftədən çoxdur ki, gözlədiyi açıqlama nəhayət gəldi. Roma Papası Benedict XVI Bakı vaxtilə 12 dekabr saat 15:00-da ingilis, fransız, ərəb dilləri də daxil, 8 dildə dünyaya üz tutdu. Beləcə, Benedict XVI Katolik kilsəsi tarixində sosial şəbəkədən birbaşa yararlanan ilk Papa oldu.
Papanın ilk tviti dekabrın 12-də yayımlansa da, Vatikan Kilsəsi bu barədə elanı dekabrın 3-dən yayırdı. O tarixdən bəri ötən 9 gün boyunca «Twitter»də Benedict XVI-nın izləyicilərinin sayı bir milyonu aşıb. Təkcə ingilisdilli izləyicilərin sayı elə 700 mindən çox olub. Vatikanın elanında bu da bildirilirdi ki, Papa ilk tvitindən sonra ona ünvanlanan bəzi sualları da cavablayacaq.
«Twitter»də #Askpontifex (Papadan soruş) açar sözüylə axtarışa başlasan, arzuolunmaz suallarla da üzləşə bilərsən, axı. Yəni, Papa o zaman «Kilsənin antisemitizmə münasibəti necədir?», «2Pac cənnətdədir?», «Bu gecə çox dua etsəm, İsa mənə «Kraftwerk» qrupunun konsertinə bilet verər?», «Bu il «Super Bowl»un qalibi kimi seçirsiniz?», «Dünya gəncləri üçün nə edirsiniz?» qəbilindən sualları da cavablamağa məcbur qalardı.
Papanın tvit olayının işığında dünya müsəlmanlarına göz ataq. Heç uzağa getməyib bütün Qafqazın şeyxülislamı Hacı Allahşükür Paşazadənin sosial şəbəkələrə bağlanıb-bağlanmadığını öyrənək. Öncə bunu deyək ki, hörmətli şeyxin heç bir sosial şəbəkədə səhifəsi yoxdur. O, inanclı insanlarla Qafqaz Müsəlmanları İdarəsinin saytı vasitəsilə əlaqə saxlayır. QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova belə deyir. Hələlik, sosial şəbəkələrdə nə idarənin, nə də şeyxülislamın səhifəsi var: «Bizi qane etdiyi üçün bu formatla əlaqə saxlayırıq. İstisna deyil ki, gələcəkdə insanlarla əlaqə qurarkən sosial şəbəkələrdən də faydalanacağıq, indilik buna ehtiyac duymuruq. Biz elektron poçtu izləyib, sualları çap edir, Şeyxülislam həzrətlərinin diqqətinə çatdırır və sonra cavabları tərtib edib ünvanına göndəririk».
Rəhimə Dadaşova sosial şəbəkələrdən kimisə nümunə götürərək deyil, tələbata görə yararlandıqlarını söyləyir. İlahiyyatçı-alim Hacı Şahin Həsənli sosial şəbəkələrə elmin nailiyyəti kimi yanaşır və dini liderin insanlarla bu şəbəkələr vasitəsilə ünsiyyətini alqışlayır: «Sosial şəbəkələr insanlarla ünsiyyətdə olmaq üçün fürsətdir. Din xadimləri bundan yararlanmalıdırlar».
Hacı Şahin Həsənlinin adına «Facebook» sosial şəbəkəsində bir neçə səhifə var. Yeddi mindən çox izləyicisi olan həmin səhifələri vaxtı yetmədiyindən özü yox, yaxınları idarə edir. Ünvanlanan sualları isə özü cavablandırır. Müşfiqabad məscidinin imamı Mübariz Qaçayev sosial şəbəkələrdən uzaq olduğunu, şəriət buna icazə vermədiyini vurğuladı.
«Görəsən, biz o günü görəcəyik ki, din adamlarının, Qafqaz Müsəlmanları İdarəsi başçısının «Facebook» və «Twitter»də səhifəsi olsun?». Bu sualı özünə verib elə özü də cavablayan ilahiyyatçı Elşad Miri bədbinliyini dilə gətirdi. Onun fikrincə, qurumun saytının təzəlikcə yaradılması və elə saytda da sadəcə rəhbərliklə bağlı məlumatların verilməsi göstərir ki, burada ya rəhbərlik dəyişməlidir, ya da qurumda bununla bağlı ayrıca idarə yaradılmalıdır: «Əlbəttə, Roma Papasının nə yaşı, nə vaxtı imkan verməyəcək ki, bütün yazılan sualları oxusun, cavab versin. Amma istənilən halda bu, dünyaya yeni bir açılışdır. Təkcə mənə - müstəqil bir ilahiyyatçıya «Facebook»da dinlə bağlı mindən çox sual gəlirsə, təsəvvür edin, belə bir şeyi o qurum etsə, görün, nə qədər sual axışar. Bu qurum da görər ki, onlara kimlər güvənir, kimlər inanır, insanlar nə düşünür».
Elşad Mirinin fikrincə, əslində hər məscidin sosial şəbəkələrdə öz səhifəsi olmalıdır: «Məscidlərin rəhbərliyi ilə bağlı e-maillər olmalıdır. Bizim axundların çoxunun nəinki şəxsi saytı, e-mail-i var, hətta telefonlarında ancaq hər hansı mərhumun qırxı və yeddisinə dair məlumatlar var. Bu sahədə biz çox yavaş davranır, internetin olmadığı dövrdəki kimi hərəkət edirik».
Roma Papası Benedict XVI bir saat ərzində üç tvit atıb. Papanın izləyiciləri hər dəqiqə artsa da, o, ancaq özünün digər dillərdəki səhifələrini izləyir.

Rəna Allahverdiyeva
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Papa Bakıda nə edəcək...

    Papa Bakıda nə edəcək... ...

    11-07-2016, 23:26

  • 
  • Roma Papası qaradərili ola bilər

    Roma Papası qaradərili ola bilər ...

    17-02-2013, 11:31

  • 
  • Papa sonucu dəfə müraciət edəcək

    Papa sonucu dəfə müraciət edəcək ...

    28-02-2013, 11:18

  • 
  • Roma Papası istefa verir

    Roma Papası istefa verir ...

    12-02-2013, 10:38

  • 
  • Papadan ŞOK açıqlama: "Kilsə geylərdən üzr istəməlidir"

    Papadan ŞOK açıqlama: "Kilsə geylərdən üzr ...

    27-06-2016, 13:13


Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Arxiv xəbərlər

İyun 2025 (189)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu