GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Bakıdakı İran klinikalarının bağlanmasında kəşfiyyat izi

Bakıdakı İran klinikalarının bağlanmasında kəşfiyyat izi

Tarix: 26-07-2013, 13:23 Bölmə :Maraqlı Baxış: 2 249
Bakıdakı İran klinikalarının bağlanmasında kəşfiyyat izi
Azərbaycanda fəaliyyət göstərən İmam Xomeyni İmdad Komitəsinin nəzdindəki İmam Əli (ə) tibb klinikasından sonra İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinə məxsus olan və Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən klinika da fəaliyyətini dayandırıb.

Məsələ ilə bağlı açıqlama verən İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Abbas Əraqçı bu klinikaların bağlanmasını texniki məsələlərlə əlaqələndirib.

Bakıdakı İran klinikalarının bağlanmasında kəşfiyyat izi

Virtualaz.org saytına isə Azərbaycandakı İran klinikalarının bağlanması ilə bağlı ilginc məlumatlar daxil olub. Xəbərdə deyilir ki, sözügedən klinikalarda Azərbaycan Səhiyyə Nazirliyi və güc strukturlarının nümayəndələri tərəfindən yoxlamalar aparılıb. Adının açıqlanmasını istəməyən mənbə bildirib ki, yoxlamalar zamanı İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin klinikasında ciddi nöqsanlar və ilginc məqamlar aşkarlanıb: “Səhiyyə Nazirliyinə klinikada baş verən hadisələrlə bağlı məlumatlar daxil olmuşdu. Məsələ burasındadır ki, bura müraciət edən Azərbaycan vətəndaşları müayinə və müalicə üçün bir qayda olaraq İrandakı klinikalara göndərilirdi. Halbuki həmin xəstələrin Bakıda da müalicəsi mümkün idi. Yoxlama zamanı İranın tibb müəssisələrinə çoxlu sayda göndəriş vərəqələri aşkarlanıb. Bu kilinikalarda xəstələrin İranda müalicə alacağı təqdirdə sağalacağına dair davamlı təbliğat aparılırmış. Bundan əlavə, həmin klinikadakı laborator müayinələr zamanı beynəlxalq standartların pozulması faktları da aşkarlanıb”.

Bakıdakı İran klinikalarının bağlanmasında kəşfiyyat izi

Araşdırma zamanı o da bəlli olub ki, bu klinikaların yürütdüyü siyasət nəticəsində hər gün onlarla xəstə İrana axışıb: “O da bəlli olub ki, bu klinikalar xüsusilə Təbrizdə fəaliyyət göstərən bir neçə özəl tibb müəssisəsi ilə gizli əməkdaşlıq ediblər. Onlara müraciət edən Azərbaycan vətəndaşlarının çoxunu həmin özəl tibb ocaqlarına yönləndiriblər. Bu isə müəyyən maddi maraq müqabilində baş tutub. Ehtimal belədir ki, Bakıda çalışan iranlı həkimlər Təbrizdəki xəstəxanalardan ora göndərilən hər xəstəyə görə faiz alıblar”.

O ki qaldı İmdad Komitəsinin İmam Əli (ə) tibb klinikasının bağlanmasına, mənbəmizin sözlərinə görə, bu klinika əsasən aztəminatlı azərbaycanlı ailələrə pulsuz tibbi yardım göstərməsi ilə məşhur olub: “Klinikanın bağlanması rəsmən onun fəaliyyətinin icazə müddətinin, yəni lisenziyasının uzadılması məsələsinin həlli ilə əlaqələndirilib. Amma gələn məlumatlarda casusluq kimi ittihamların olduğu da yer alır. Sadə dillə desək, bu klinikada casus yuvası aşkarlanıb. Belə ki, klinikanın əsasən kəşfiyyatçılardan ibarət personalı bura üz tutan kasıb azərbaycanlılar arasında təbliğat aparır, onları xeyirxahlıq, pulsuz müalicə, havayı dərman, güzəştlər müqabilində “verbovka” etməyə çalışıblar. Onların arasında İranın daha humanist dövlət olması barədə fikirlər yayılıb, müvafiq təbliğat aparılıb. Həmin tibb müəssisəsinin fəaliyyət müddətinin uzadılmaması da bununla əlaqədardır”.



Qeyd edək ki, Azərbaycandakı İran klinikaları bağlandıqdan sonra İranda xarici ölkə, xüsusilə Azərbaycan vətəndaşlarına göstərilən tibbi xidmətin qiyməti artıb. Həmçinin hepatit və onkologi xəstələrin müalicəsində təyin edilən dərmanların qiymətində artım qeydə alınıb və apteklərdə bu dərmanların əcnəbi vətəndaşlarına satılmaması üçün təlimat verilib.

Verilən məlumatlarda deyilir ki, İranda cərrahiyyə əməliyyatı olunmaq istəyən Azərbaycan vətəndaşlarına ikiqat qiymət oxuyurlar: “Bakıdakı İran klinikaları xəstələr vasitəsilə hər ay Azərbaycandan İrana milyonlarla manat vəsaitin axması siyasətinin tərkib hissəsi kimi nəzərdə tutulubmuş. Onlar indiyədək bu tapşırığı uğurla yerinə yetiriblər. Hətta dişi ağrıyanı da İrana göndərməkdə və ya bunu təşviq etməkdə məqsəd İran büdcəsini Azərbaycan vətəndaşlarının cibi hesabına zənginləşdirmək idi. Klinikalar bağlanandan sonra İran qiymətləri qaldırıb”.

Qeyd edək ki, İran Qızıl Aypara Cəmiyyətinin klinikasının yenidən fəaliyyət göstərməsi üçün Azərbaycan tərəfi ilə danışıqlar apardığına dair məlumatlar var.

Klinikadan isə virtualaz.org saytına deyiblər ki, onların fəaliyyətinin dayandırılması təmir işləri ilə əlaqədardır və bu tibb ocağı təxminən bir aydan sonra yenidən işləyəcək.

Azərbaycan MTN-dən bununla bağlı rəy almaq mümkün olmadı. Nazirliyin ictimaiyyətlə əlaqələr xidmətindən bu məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etməyi məsləhət gördülər. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bu klinikaların bağlanmasını “texniki məsələ” kimi təqdim edib əlavə izahat vermədilər. Bununla belə yazıda səslənən fikirlərlə bağlı bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıdakı İran klinikası fəaliyyətini dayandırdı

    Bakıdakı İran klinikası fəaliyyətini dayandırdı ...

    18-07-2013, 15:58

  • 
  • İran öz nüvə probleminin həlli üçün yeni plan təqdim edib

    İran öz nüvə probleminin həlli üçün yeni plan ...

    16-10-2013, 14:10

  • 
  • Səhiyyə Nazirliyi “Laçın” klinikasını "vurdu" - Ciddi xəbərdarlıq

    Səhiyyə Nazirliyi “Laçın” klinikasını ...

    5-02-2014, 15:01

  • 
  • İranlı generalın açıqlamasını dezinformasiya adlandırdılar

    İranlı generalın açıqlamasını dezinformasiya ...

    2-12-2013, 17:51

  • 
  • İran Rusiyanın "yandex" saytına girişi BAĞLADI

    İran Rusiyanın "yandex" saytına girişi ...

    17-03-2016, 12:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu