Rusiyanın Sankt-Peterburq şəhərində yerli uşaq xəstəxanasının həkimi biri şagird olmaqla, üç pasiyentini zorlayıb.
Gundemxeber.az xəbər verir ki, insident Peterburqun “Uşaq Konsultativ-Diaqnostik Mərkəzində”baş verib.
Adı gizli saxlanılan anestezioloq-reanimatoloq narkozdan sonra halsız vəziyyətdə olan doqquzuncu sinif şagirdinə təcavüz edib. Zərərçəkənin valideynləri məsələ ilə bağlı polisə şikayət edib.
Artıq hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılan həkim törətdiyi əməli boynuna alıb. Xəstələrin vəziyyətindən sui-istifadə edən həkimin ikinci kurs tələbəsi olduğu bildirilir. O, digər iki pasiyenti də zorlamaqda şübhəli bilinir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?