GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Azərbaycanda qadınların 12 faizi evdə doğur

Azərbaycanda qadınların 12 faizi evdə doğur

Tarix: 29-07-2013, 21:34 Bölmə :Maraqlı Baxış: 1 010
Azərbaycanda qadınların 12 faizi evdə doğur
BMT belə deyir, Səhiyyə Nazirliyi isə “yaraşıqlı” statistika yaymaqla işini bitmiş sayır

Bir neçə gün əvvəl Bakıdakı 7 saylı doğum evində uşaq dünyaya gətirən 22 yaşlı Pəri Məmmədova vəfat edib. Gənc ana iki gün əvvəl vəziyyətinin pisləşməsi səbəbi ilə 1 saylı şəhər xəstəxanasına, oradan isə Mərkəzi Gömrük Hospitalına aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Doğum evinin baş həkimi Xatirə Murtuzayeva mətbuata açıqlamasında ölümün doğuşla bağlı olmadığını və mərhumun doğuşa gətirilən zaman vəziyyətinin ağır olduğunu vurğulayıb. Deyib ki, doğuşdan sonra xəstənin yalnız böyrək çatışmazlığından əziyyət çəkdiyi müəyyənləşib.

Mərkəzi Gömrük Hospitalı isə bu haqda ümumiyyətlə susub.

Hər halda 22 yaşlı ananın vəfat etməsi ölkədəki ana və uşaq ölümlərini yenidən gündəmə gətirir. Hələ bu ilin iyulunda Bakıda I Bakı Beynəlxalq Neonatoloji Konqresinin açılış mərasimində çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev son 20 ildə Azərbaycanda körpə və ana ölümlərinin xeyli azaldığını qeyd etmişdi. Onun sözlərinə görə, bu rəqəm 14,9 promileyə qədər enib.



Belədirsə, bəs gənc analar və uşaqların ölümü niyə hələ də davam edir?

Ailə Planlaşdırılması Mərkəzindən virtualaz.org saytına verilən açıqlamaya görə, əsas səbəb ailələrin avamlığıdır. Mərkəzin nümayəndəsi deyir ki, hamilə qadınlar qadın məsləhətxanalarına və ya aidiyyəti qurumlara məcburi şəkildə cəlb olunmalıdır. Onun sözlərinə görə, qadın məsləhətxanalarının vəziyyətini yaxşılaşdırmaq da əsas şərtdir: “Qadın məsləhətxanalarının maddi-texniki bazası gücləndirilməlidir. Tək həkimlərin deyil, tibb işçilərinin də ixtisası artırılmalıdır. Qadınlar ilkin hamiləlikdən doğum evinə gedənədək müasir üsullarla müayinədən keçirilməlidir. Hamilə qadınlar ayda heç olmasa bir dəfə həkim qəbulunda olmalıdır. Bizdə bu yoxdur. Adam var ki, həkim onun arxasınca üç ay düşür”.

Mərkəzdən bildirildi ki, ana və uşaq ölümlərini azaltmağın yollarından biri evlənmək istəyən cütlüklərin məcburi şəkildə talessemiyadan tutmuş cinsi yolla keçən xəstəliklərə qədər müayinədən keçməsini təmin etməkdir.

Respublika Ailə Sağlamlıq Mərkəzinin ginekoloqu Aytən Abdullayeva ana və uşaq ölümü hallarının baş verməsini həkim səhlənkarlığından daha çox qadınların öz xəstəliklərini gizlətmələri ilə bağlayır. O, virtualaz.org-a açıqlamasında dedi ki, bəzi qadınlar ailə həyatı quranda onlarda vərəm, şəkərli diabet və digər xəstəliklərlə bağlı problemlərin olur, amma onlar bunu gizlədirlər: “Onların gizlətdiyi patologiya isə hamiləlik dövründə üzə çıxır. Qadınlar vaxtında müayinədən keçməlidir. Xarici mühit də əsas amildir. Bura kimyəvi preparatların, konstruktiv maddələrin qəbulu və kimyəvi şüalanma daxildir. Əhali bilgiləndirilməlidir. Məncə, bu maarifləndirmə işi orta məktəbin sonuncu siniflərindən aparılmalıdır. Bu sahədə mətbuatın gücündən də istifadə olunmalıdır. Yalnız bu halda problemin öhdəsindən 80 faiz gəlmək mümkün olar”.

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova isə bu fikirdədir ki, ölkədəki ana və uşaq ölümləri mövcud təhlükənin göstəriciləridir: “Həkim məsuliyyətsizliyi, savadsızlığı, doğuşun ev şəraitində aparılması ölümlərin əsas səbəbidir. Üstəlik iqtisadi problemlər də burada rol oynayır. Müntəzəm olaraq müayinədən keçmək, analizlər vermək hər ailənin cibinə uyğun deyil. Nəinki təkcə hamiləlik dövründə, nikaha daxil olmamışdan öncə də həkim müayinəsindən keçmək lazımdır. Amma bilirik ki, bizim əhali belə məsələlərdə səhlənkardır, analar qızlarına "arxayın"dır, oğlanlar da özlərinə. Səbəblərdən biri də həkim və mama çatışmazlığı ilə bağlıdır. Elə bölgələr var ki, orada bütün rayonda cəmi bir akuşerka işləyir. Tibb bacıları həm həkimlik edir, həm akuşerkalıq, həm də uşaq həkimidirlər”.



Mərkəz rəhbəri deyir ki, ananı belə erkən yaşda itirməsi uşaq üçün gələcəkdə ciddi travma olur. Hələ körpə vaxtından o, özünü günahkarlandırmağa başlayır: “Eyni hal doğuş zamanı uşağını itirən qadınlara da aiddir. Sonradan bu qadınlar ikinci dəfə ana olmağa qorxur. Bu vəziyyət ailə daxilində də gərginlik yaradır. Bəzən hətta boşanmalarla nəticələnir. Ana və uşaq ölümü bir-birilə sıx bağlı məsələlərdir. Problemin kökü də eynidir”.

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun “Dünya əhalisinin durumu-2012” adlı hesabatında göstərilir ki, Azərbaycanda hər 100 min doğuş zamanı 38 ana dünyasını dəyişir. Ölkədə doğuşların 88 faizi peşəkar tibbi personal tərəfindən qəbul edildiyi halda qalan 12 faizi ev şəratində və peşəkar tibbi yardım olmadan baş verir. Azərbaycan Səhiyyə Nazirliyi isə faktların əksini söyləyir. Nazirlikdən verilən məlumata görə, əvvəlki illərlə müqayisədə ölkədə ana və uşaq ölümlərinin sayı azalıb. 2012-ci ildə hər 100 min qadından təxminən 15-i doğuş zamanı vəfat edib. Bunlardan hər 1000 doğuşdan 42-si isə 15-19 yaşlı anaların payına düşür. Mütəxəssislərin fikrincə, əsas problemlərdən biri də məhz budur. Belə ki, 15 yaşında ailə qurmuş qızın rəsmi nikah sənədi də olmur. Çox zaman bu qızlar poliklinikaya qeydiyyata da düşmür və təbii olaraq həkim müayinəsindən əksər hallarda yayınırlar.

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli Azərbaycanda ana və uşaq ölümlərinin sayının son illər azaldığını təsdiq edir. Belə ölümləri təəssüflə qarşılayan xidmət rəhbəri məsələnin daim Səhiyyə Nazirliyinin nəzarətində olduğunu və təqsirkarların cəzalandırılacağını vurğuladı.



Xatırladaq ki, təkcə 2012-ci ildə Azərbaycanda 26 ana ölümü hadisəsi qeydə alınıb. Bu il ərzində ölkədə doğuş zamanı 10-dan çox ana və uşaq ölümü faktı qeydə alınıb. Bu hadisələrin 4-ü Bakıda, digərləri isə Astara, Saatlı, Beyləqan, Ağdam, Şamaxı, Göygöl və digər rayonlarda baş verib. Ana ölümü faktlarına görə iki şöbə müdiri və bəzi rayonların baş mama-ginekoloqu işdən azad edilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda daha bir ana doğuş zamanı öldü

    Bakıda daha bir ana doğuş zamanı öldü ...

    30-09-2013, 12:14

  • 
  • Yenə doğuş zamanı ana öld, uşaq xilas odu(Yenilənib)

    Yenə doğuş zamanı ana öld, uşaq xilas ...

    23-11-2013, 22:25

  • 
  • Daha bir “həkim terroru” - Uşaq öldü, ana isə ağır vəziyyətdədir

    Daha bir “həkim terroru” - Uşaq öldü, ana isə ...

    20-02-2014, 11:50

  • 
  • Ana ölümünün azaldığı deyilir

    Ana ölümünün azaldığı deyilir ...

    3-06-2016, 15:55

  • 
  • Nazirlik yoxlamaya başladı, doğum evinin baş həkimi işdən çıxdı

    Nazirlik yoxlamaya başladı, doğum evinin baş ...

    25-11-2015, 14:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu