Azərbaycanın Avropa Şurası rəsmilərini satın almasına dair skandalın ardınca sərtləşdirilən anti-pulyuma qanunları avropalı siyasi rəhbərliklərin diqqətini yeni əməliyyat məkanına yönəldib. "Freeport" kimi tanınan gömrük anbarlarından bahalı incəsənət əsərləri, brend şərablar, klassik maşınları dövlət nəzarətindən gizlətmək üçün istifadə olunur. Forbes jurnalı belə portların Azərbaycanla işbirliyi quraraq $3 milyard dollar pulun yuyulmasında iştirak etmiş avropalı siyasi xadimlərlə əlaqəsi haqda yazır.
Məqalədə bildirilir ki, ötən il Danimarkanın ən böyük Danske Bankının Estoniya filialında bir işçinin üzə çıxardığı $230 milyard dollar dəyərində çirkli pulların yuyulması skandalı Avropada bir çox gizli məsələlərin üstünü açıb.
Mən Dankse Bankının tranzaksiyalarını görmüşəm. Azərbaycanlıların ən rüsvayedici əməli o pullarla Avropa İttfaqı rəsmilərinə rüşvət vermək olub. L. Börk Fayls
"Avropa İttifaqının bu qalmaqaldan sonra tətbiq etdiyi daha sərt çirkli pulların yuyulmasına qarşı mübarizə siyasəti indi də gömrük anbarları və içində dəyərli sənət əsərləri, şərablar, klassik maşınlar və başqa lüks əşyaların saxlandığı freeport (azad liman) adlı yerləri hədəf alır. Bu yerlərin çoxunun Danske Bankı saxtakarlığında adı hallanan, xüsusən də Avropa İttifaqı parlamenti üzvlərinə 3 milyard dollar rüşvət ödəyən Azərbaycandan olan insanlarla qeyri-rəsmi əlaqələri var," yazının müəllifi Kennet Rapoza bildirir.
Onun sözlərinə görə, bu yaxınlaradək freeportlar sakit və gözdən iraq idi. Lakin oktyabr ayında Avropa Parlamentinin Araşdırma Xidmətinin apardığı araşdırması diqqəti Avropanın ən böyük freeportlarına çəkib. Bu freeportlar anonim saxta şirkətlərin heç bir nəzarət olmadan və vergi ödəmədən tranzaksiya həyata keçirə bildikləri de fakto ofşor bank hesablarıdır.
“Mən Dankse Bankının tranzaksiyalarını görmüşəm. Azərbaycanlıların ən rüsvayçı əməli o pullarla Avropa İttfaqı rəsmilərinə rüşvət vermək olub,” deyə, Amerika Anti-Korrupsiya İnstitutunun prezidenti L. Börk Fayls deyir. O, Azərbaycan pullarının cüzi hissəsinin qanuni şəkildə Vaşinqtonda strateji kommunikasiya işinə xərcləndiyini bildirib.
İtaliyalı millət vəkili Luca Volonte Azərbaycanın insan haqları ilə bağlı göstəriciləri haqda müsbət rəy verməsi müqabilində Azərbaycan rəsmilərindən rüşvət almaqda şübhəli bilinir. İtaliyalı millət vəkili Luca Volonte Azərbaycanın insan haqları ilə bağlı göstəriciləri haqda müsbət rəy verməsi müqabilində Azərbaycan rəsmilərindən rüşvət almaqda şübhəli bilinir. Rapozanın bildirdiyinə görə, Avropa Sabitlik Təşəbbüsünün 2012-ci ilə apardlğı “Kürü Diplomatiyası” adlı araşdırmasından sonra Avropa Şurasının Parlament Assambleyasının (PACE) 13 üzvü vəzifələrindən uzaqlaşdırılıb.
“Avropa Şurasında səs verən və Azərbaycanda azad və ədalətli seçki keçirildiyini demək üçün 50 min dollar rüşvət alan çox sayda insan var idi. Biz bunu bilirik, çünki pul köçürmələrini görmüşük,” Börk deyir.
Freeportlar çirkli pulların yuyulmasına imkan yaradır, çünki onlar beynəlxalq şəffaflıq qanunlarından yan keçə bilir. Məqalədə qeyd edilir ki, Danske Bankının Estoniya filialında saxtakarlıqla bağlı şübhələr 2012-16-cı illərdə yaranıb. PACE üzvlərinə Azərbaycanın imicini təmizləmək üçün Azərbaycan biznesləri tərəfindən fahişələr, maşınlar və pulsuz tətillərin təklif olunduğuna dair şayiələr olsa da, heç bir sübut olmayıb.
"İki il öncə Avropa Parlamentinin italiyalı üzvü Luka Volonte Azərbaycandan azərbaycanlıların sahib olduqları dörd saxta şirkət vasitəsilə iki milyon avro aldığına görə istintaqa cəlb olunub. Pullar Danskedən İtaliya banklarına köçürülüb. Bu banklardan azı biri isə tranzaksiyanın həcminə görə pul köçürmələrindən şübhələnib."
Volonteyə qarşı pul yumaq ittihamı aradan qaldırılsa da, o hələ də rüşvət almaq ittihamı ilə üzləşir.
Rüşvət PACE üzvlərinə Azərbaycanda insan haqları vəziyyəti ilə bağlı müsbət rəylər vermələri və Azərbaycanın investisiya üçün yaxşı yer olduğunu qeyd etmələri müqabilində ödənib.
Təqaüdə çıxmış üç müstəqil avropalı hakim Azərbaycan qalmaqallarına nəzər yetirəndən və PACE-nin prezidenti və ispaniyalı parlament üzvü Pedro Aqramuntun vəzifəsini laqeyd yerinə yetirdiyinə dair nəticə çıxarandan sonra o, 2017-ci ildə vəzifəsindən kənarlaşdırılıb," yazıda bildirilir.
Müəllifin yazdığına əsasən, "xarici bizneslərin çirkli pulları yumaları və rüşvət ödəmələri ilə bağlı narahatlıqlar nəticəsində Avropa Parlamenti 2018-ci ilin oktyabr ayında friportlardan saxtakarlıq əməllərində necə istifadə olunduğu ilə bağlı təhqiqat aparıb. Friportlardan birinin baş icraçısının Azərbaycanın xaricdə fəaliyyət göstərən konsaltinq şirkətləri ilə yaxın əlaqələri var."
Onun dediyinə görə, 48 səhifəlik hesabatda bildirib ki, freeportlar “çirkli pulların yuyulmasına imkan yaradır, çünki onlar beynəlxalq şəffaflıq qanunlarından yan keçə bilir”. Məsələn, Cenevrə friportunda 100 milyard dollar dəyərində sənət əsərləri var.
"Hesabatda yalnız Cenevrə Freeportu və Lüksemburqdakı Le Freeport-un adları hallanır. İsveçrəli art-diler İv Buvie hər ikisinin bir hissəsinə sahibdir."
Məqalədə deyilir ki, “Freeport Kralı” adı ilə tanınan Buvienin Sinqapur və Çində də friportları var. Le Friportun digər sahibləri arasında Fransa vətəndaşları Jan Mark Peretti və Olivie Tomas var. 2018-ci ilin noyabr ayında korrupsiya tədqiqatçılarının EU Reporter-də dərc etdiyi yazıdan sonra Perettinin reputasiyası ilə bağlı suallar yaranıb. Buvie özü 2015-ci ildə saxtakarlıq və çirkli pulların yuyulması ittihamı ilə həbs olunubş. Tomasa qarşı isə Pikassonun ailə üzvünə aid sənət əsərlərini oğurlamaq ittihamları irəli sürülüb.
"Lüksemburqun Dolayı Vergi İdarəsi Le Freeport-u çirkli pulların yuyulması baxımından “yüksək riskli” hesab edirdi.
2015-də Lüksemburqda çirkli pulların yuyulması ilə mübarizə sahəsində sərt qanunun qəbul olunması ilə Le Freeport-a xüsusi diqqət yetirilib", məqalədə yazılıb.
Rüşvət PACE üzvlərinə Azərbaycanda insan haqları vəziyyəti ilə bağlı müsbət rəylər vermələri və Azərbaycanın investisiya üçün yaxşı yer olduğunu qeyd etmələri müqabilində ödənib. Rapoza yazısında qeyd edir ki, Danske Bankının Rusiya və Azərbaycan landromatı qalmaqalı həll olunmadığı bir vaxt, Azərbaycanın Le Freeport-la kiçik əlaqəsi belə onun Aİ-dakı bənzər təsislərdən daha çox təhqiq olunmasına gətirib çıxara bilər.
Onun sözlərinə görə, Le Freeport-un baş icraçı direktoru, Fransa gömrüyünün sabiq rəsmisi Dovörn Böyük Britaniya, Lüksemburq və Kiprdə azərbaycanlı biznesmen Xəqani Bəşirovla iş əməkdaşlığı edib. 2008-2014-cü illər arasında hər iki şəxs Lüksemburqda Tiara adlanan şirkətinin idarə heyətinin tərkibində olub. Dovörn ötəl il Bəşirovun Londonda qeydiyyatdan keçən V.E.S Consultancy adlı konsaltinq şirkətini tərk edib.
Açıq Cəmiyyət Fondu və ABŞ-ın USAID proqramı tərəfindən maliyyələşdirilən Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) verdiyi məlumata görə, Azərbaycan landromatı məsələsindəki ən əsas fiqurlardan biri Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyev olub. O, 2016-cı ildə fırıldaqçılıq, yeyinti və ictimai fondların mənimsəməsi ittihamları ilə 15 il müddətinə həbs olunub.
Bu yaxınlarda Azadlıq Radiosunun yaydığı hesabatda Bəşirovun Azərbaycan Beynəlxalq Bankı və landromat şirkətləri ilə əlaqələrinin olduğu bildirilib. Bəşirovla Hacıyevin Azərbaycanın Xarici İqtisadi Əlaqələr Naizrliyində həmkar olduqları və mümkündür Bəşirovun şirkətlərinin illər ərzində Azərbaycan Beynəlxalq Bankının tərəfdaşları olduğu qeyd edilib.
Ötən həftə EU Reporter-in onlayn jurnalında Belçika rəsmilərinin Dovörnün Azərbaycan landromatında adı hallanan şirkətlərlə əlaqəsini araşdırdıqları bildirilib.
Müəllifin dediyinə görə, "Le Freeport-un sözçüsü hər hansı Azərbaycan şirkəti və ya saxta şirkətin təsislərində mal saxladıqlarından xəbərdar olmadıqlarını bildirib. Dovörn Avropa İttifaqının Le Freeport-u “pis oyunçuların yuvası” olaraq adlandırmasını qınayıb."
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?