GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Xarici siyasət: balansın sonu, yoxsa başlanğıcı?

Xarici siyasət: balansın sonu, yoxsa başlanğıcı?

Tarix: 15-12-2012, 13:51 Bölmə :Maraqlı Baxış: 780
Xarici siyasət: balansın sonu, yoxsa başlanğıcı?
Bu vaxta qədər siyasətdə balans daha çox Rusiyanın xeyrinə pozulurdu

gundemxeber.az Siyasətin digər istiqamətlərindən fərqli olaraq xarici siyasət həmişə özünün sabitliyi ilə seçilir. Regionda və dünyada proseslər tez-tez dəyişmirsə, siyasi kataklizmlər baş vermirsə, ölkələr özlərinin ənənəvi xarici siyasət kursuna sadiq qalırlar. Amma bəzən elə olur ki, optimal xarici siyasət kursunun, dövlətlərin milli maraqlarına həqiqətən də cavab verən siyasətin bərqərar olması üçün on illiklər tələb olunur. Bu baxımdan keçmiş sovet ölkələri xüsusi maraq kəsb edir, çünki onlar Rusiya ilə münasibətlərini hələ də cilalamaqla, bu münasibətlərə bərabərtərəfli məzmun verməklə məşğuldurlar.

Şimal qonşumuzla bağlı ikinci şok

Rusiyanın son notasından sonra xarici siyasət və onun gələcək istiqamətləri Azərbaycanda əsas mövzuya çevrildi, bir neçə günün ərzində bu problem siyasi gündəmi zəbt etdi. Belə marağın kökü nədədir? İnsanları daha çox nə narahat edir? Onları maraqlandıran nədir? Suallara cavab verməmişdən öncə qeyd edək ki, siyasətə, eləcə də beynəlxalq münasibətlərə kütləvi münasibət bəzən stereotiplər səviyyəsində qurulur.
Bəzən insanlar bu və ya başqa şəkildə məhz ona görə düşünürlər ki, onlar buna sadəcə adət ediblər. Bu baxımdan yanaşanda Rusiyaya münasibəti başa düşmək mümkündür. İnsanlar həmin münasibətlərlə bağlı artıq bir dəfə siyasi şok yaşayıblar. Bu, keçmiş SSRİ-nin parçalanması zamanı olmuşdu. Amma deyəsən, indi ikinci şok yaşanır, məmurlar mütəmadi açıqlamalar versələr də, təhlilçilər vəziyyəti şərh etsə də, insanlar Rusiya ilə münasibətlərin tam bərabər müstəviyə qalxmasını bir qədər narahatlıqla qarşılayırlar. Onlar, elə dövlət adamlarının özləri də, bu vaxta qədər yürüdülən xarici siyasət kursuna balanslaşdırılmış siyasət deyirdilər. Amma həqiqətən də belə idimi? Doğrudanmı bu siyasət balanslaşdırılırdı?

Əsl balanslaşdırılmış siyasət necə olur?

Bir qədər ənənəvi səslənməsə də, etiraf edək ki, bu vaxta qədər siyasətdə balans daha çox Rusiyanın xeyrinə pozulurdu. Sübut üçün heç də uzağa getmək lazım deyil, ölkə ərazisində başqa dövlətin deyil, məhz Rusiyanın hərbi bazası fəaliyyət göstərirdi. Əgər həqiqi və məzmunlu siyasi – diplomatik balansdan söhbət gedirsə, o, hələ bundan sonra bərqərar olacaq. Azərbaycan bloklara qoşulmamaq hərəkatının üzvüdür. Bu üzvlük onu tamam hərbi – siyasi neytrallığa sövq etməsə də, hər halda ölkənin bundan sonrakı vəziyyəti onun bu blokda mövcudluğuna daha adekvat olacaq. Təbii ki, siyasi vəziyyət dəyişə bilər və dəyişmiş münasibətlər yeni siyasi reallıqlar diktə edə bilər. Amma bu, daha çox gələcəyin predmeti və qayğısıdır. İndi daha çox belə fikirlər ifadə olunur ki, Rusiya ilə münasibətlərin hesabına xarici siyasətdə Qərbin çəkisi artacaq. Amma məsələ bundadır ki, Azərbaycan Qərblə hər hansı bir hərbi – siyasi alyansda deyil. Əgər söhbət ölkədə Qərb institutlarının və dəyərlərinin bərqərar olmasından gedirsə, bunu Rusiyanın özündə də müşahidə etmək mümkündür. NATO ilə münasibətlərə gəldikdə isə onların intensivliyi son dövrlərdə xeyli azalıb. Elə əvvəllər də bu münasibətlər tam hərbi – siyasi müttəfiqlik və əməkdaşlıq səviyyəsinə qaxmamışdı, daha çox müdafiə və hərb məsələlərində islahatları nəzərdə tuturdu.

Rusiya da bizim kimi dövlətdir

Bir daha Rusiya amilinə qayıtsaq, demək lazımdır ki, Rusiya ilə münasibətləri şərtləndirən və onları zəruri edən ilk növbədə coğrafiyadır, bu ölkənin Azərbaycana yaxın olmasıdır. Ona görə də Rusiya Azərbaycanın siyasətində həmişə önəmli yer tutacaq. Bu münasibətlərin bərabərliyinə isə sadəcə alışmaq lazımdır və bunu həm Rusiyada etməlidirlər, həm də Azərbaycanda.
Narahatlıq yaradan, bəzən qorxu, təlaş gətirən səbəblərdən biri həm də budur ki, insanlar əsl balanslaşdırılmış siyasətə adət etməyiblər, məsələn, onlar Rusiyanı adi bir qonşu dövlət statusunda görməyə alışmayıblar. Ona görə də onun tez bir zamanda başqa bir dövlət və ya dövlətlər qrupu ilə əvəz ediləcəyini güman edirlər. Amma bu, yanlış yanaşmadır və müəyyən mənada əski kolonial komplekslərin təzahürüdür. Təbii, bu da zamanla bağlı olan və zamanla bahəm həllini tapan məsələdir. İnsanlar SSRİ olmadan yaşamağa necə alışdılarsa, Rusiyanı da bərabər qisimdə görməyə eləcə alışacaqlar.

Hüseynbala Səlimov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sevinc İsgəndərovanın “Gündəm Xəbər”-ə müsahibəsi

    Sevinc İsgəndərovanın “Gündəm Xəbər”-ə müsahibəsi ...

    8-02-2016, 15:51

  • 
  • Nədən İlham Əliyev belə bir risqə gedəsi oldu?

    Nədən İlham Əliyev belə bir risqə gedəsi oldu? ...

    29-11-2013, 17:29

  • 
  • Kerry Lavrovla Qarabağı müzakirə edib

    Kerry Lavrovla Qarabağı müzakirə edib ...

    4-04-2016, 23:43

  • 
  • Qəbələ RLS-in dalğasında Rusiya çöküşü

    Qəbələ RLS-in dalğasında Rusiya çöküşü ...

    15-12-2012, 14:47

  • 
  • Məscidi siyasət meydanına çevirənlər haqda ölçü götürüləcək -Mübariz Qurbanlı

    Məscidi siyasət meydanına çevirənlər haqda ölçü ...

    3-12-2015, 18:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu