GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Qəbələ RLS-in dalğasında Rusiya çöküşü

Qəbələ RLS-in dalğasında Rusiya çöküşü

Tarix: 15-12-2012, 14:47 Bölmə :Dünya Baxış: 726
Qəbələ RLS-in dalğasında Rusiya çöküşü

Elə bir vaxt gələcək ki, sonuncu ölkənin MDB-dən çıxmasının da şahidi olacağıq

Rusiyanın RLS-lə bağlı notası deməzdik ki, hakimiyyət üçün qəfil oldu. Yox, bir il idi ki, proses buna gedirdi. Təbii ki, hökumət məsələyə ictimai rezonans vermək istəmir. Halbuki baş vermiş hadisə Azərbaycan üçün elə də əhəmiyyətsiz deyil – müstəqil olandan 21 il sonra nəhayət ki, ölkənin öz ərazisində Rusiyanın hərbi mövcudluğuna tamam son qoymaq imkanı yaranıb. O ki qaldı belə bir hadisənin siyasi sükutla müşayiət olunmasına, burada sabiq prezident H. Əliyevin bir fikri yada düşür: «Siyasətçi dediyini etmir və etdiyini də demir!». Məsələnin ölkə üçün ən böyük önəmini qeyd etdik. Amma onun başqa cəhətləri də var. Ölkə hipotetik nüvə müharibəsi zamanı potensial hədəf olmaqdan yaxasını qurtardı, ərazisini ekoloji çirklənmədən xilas etdi – indi bu şəhərcik əsl turizm və mədəniyyət mərkəzi kimi inkişaf edə bilər. O ki qaldı, irili-xırdalı başqa problemlərə, xüsusən də stansiya ərazisində çalışan yerli əhalinin məşğulluq məsələlərinə, onlar da gec-tez həll ediləcək, insanlar özləri üçün başqa məşğuliyyət tapacaq, hər halda dövlət də yəqin ki, bu məsələdə onlara, heç olmasa, minimal yardım edəcək. Bütövlükdə isə turizm infrastrukturunun inkişaf etdirilməsi bölgəyə daha böyük iqtisadi dividentlər vəd edir, nəinki stansiyada müxtəlif işlərdə çalışmaqdan əldə olunan məvaciblər…
Bir ölkənin ərazisində başqa bir ölkənin hərbi bazasının olması heç bir halda təqdir olunan hadisə deyil – Azərbaycanın əsas uduşu budur. Təbii ki, bunun ardınca müəyyən təzyiqlər də baş verə bilər. Tutaq ki, əməkçi miqrantların Rusiyadan sıxışdırılması, Qarabağ problemində Ermənistan tərəfinin mövqeyinin daha da sərtləşməsi, Azərbaycanda başqa etnik-separatçı tendensiyaların stimullaşdırılması, Ermənistanın Rusiya tərəfindən daha intensiv və daha modern şəkildə silahlandırılması baş verə bilər. Amma bir məsələ var ki, indi artıq 1992-93-cü illər deyil, Rusiyanın da imkanları xeyli dərəcədə məhdudlaşıb. O vaxt o, daha çox geosiyasi nöqtələrə toxuna bilir və onları hərəkətə gətirirdi. İndisə başqa vaxtdır. Həm də həmişə birinci, ilk presedent olmaq çətindir. İndi Azərbaycan öz geosiyasi tutumuna görə qonşu Gürcüstanla bərabərləşdi. Azərbaycan öz ərazisindən Rusiyanın hərbi bazalarını çıxarmağa daha tez başlamışdı, amma bu prosesi tam başa çatdıra bilməmişdi, Qəbələ RLS-i hələ də qalırdı. Gürcüstan prosesə gec başlasa da, onu bir qədər tez yekunlaşdırmışdı. Müşahidələr göstərir ki, Rusiya MDB məkanının hərbi arxitekturasına son vaxtlar o qədər də önəm vermir. Hətta iş o yerə çatıb ki, Özbəkistan Kollektiv Təhlükəsizlik Təşkilatına iki dəfə üzv olub və iki dəfə də bundan imtina edib.
Qəbələ RLS Nəsə baş veribmi? Nəsə dəyişibmi? Nə qədər təəccüblü olsa da, ciddi bir hadisə müşahidə olunmayıb. İndi ümid etmək olar ki, Azərbaycanla bağlı da, necə deyərlər, sovuşacaq. Təbii ki, yerli hakimiyyət daha çox istiqamətdən təzyiq gözləyir. Məsələn, onlar üçün növbəti ildə prezident seçkisini sakit və öz xeyrinə keçirmək heç də az əhəmiyyət kəsb etmir. Rusiyanın bununla bağlı da təzyiqi ola bilər. Amma bu siyasi «kart» da artıq açılıb və onunla bağlı indi elə bir sürpriz yaşanmır. Əslində siyasət fors-major situasiyaların çox qəribə sintezidir. Zaman keçdikcə siyasət adamları buna alışır və onu təbii qəbul edirlər. Əgər hər şey həmişə sakit və hamar cərəyan etsəydi, bu, heç siyasət olmazdı, nəsə başqa bir şey olardı, lap qocalar evini xatırladardı…
Bəlkə də elə bir vaxt gələcək ki, sonuncu ölkənin MDB-dən çıxmasının da şahidi olacağıq. Bu, indi bir qədər siyasi ekzotika kimi görünür. Amma belə hallar azmı olub siyasətdə? SSRİ-nin taleyi bir an içində həll oldu. Düzdür, buna qədər böyük yol qət etmək lazım gəldi. Amma MDB məsələsində də böyük bir yol keçilib. Ümid edirik ki, dövlət başçılarının MDB-nin nə demək olduğunu və onun hansı perspektivləri vəd etdiyini düşünməyə-daşınmağa vaxtı olub. Burada elə rusların özlərinin məşhur deyimi yada düşür: «axı şeytan nə ilə zarafat etmir ki?»…

Hüseynbala Səlimov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hakimiyyətdən Qəbələ RLS açıqlaması

    Hakimiyyətdən Qəbələ RLS açıqlaması ...

    11-12-2012, 17:18

  • 
  • Sonuncu rus qalası - Qəbələ RLS

    Sonuncu rus qalası - Qəbələ RLS ...

    13-12-2012, 13:01

  • 
  • Ruslar Qəbələ RLS-in ərazisini minalayıblar

    Ruslar Qəbələ RLS-in ərazisini minalayıblar ...

    13-12-2013, 16:13

  • 
  • Rusiyanın Qəbələ RLS oyunu

    Rusiyanın Qəbələ RLS oyunu ...

    12-12-2012, 13:11

  • 
  • İran Qəbələ RLS-in gələcəyindən narahatdir

    İran Qəbələ RLS-in gələcəyindən narahatdir ...

    20-12-2012, 13:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu