Ekpedisiya təşkilatçıları və rəsmilər cümə günü dünyanın ən yüksək zirvəsi sayılan Everest (Comolunqma) dağında daha üç alpinistin öldüyünü və beləliklə ölən alpinistlərin sayının yeddiyə çatdığını bildirib.
"Dünən əlavə iki alpinist ölüb," deyə Nepalın Turizm Nazirliyinin sözçüsü Mira Açarya bildirib. Bu arada ekspedisiya təşkilatçıları üçüncü ölüm hadisəsini təsdiqləyib.
O, geri dönmək üçün 12 saat gözlədikdıən sonra nəfəsi dayanıb və şerpa bələdçilər onu aşağı, dördüncü düşərgəyə aparıblar. 52 yaşlı Kaplana Dasın Comolunqma zirvəsinə qədər qalxdığını, lakin geri dönərkən çox sayda alpinistin zirvəyə yaxın bir yerdə növbəyə düzüldüyünə görə geri dönə bilmədiyi bildirilib.
Digər hindistanli, 27 yaşlı Nihal Baqvanın geri dönərkən öldüyü deyilir. "O, geri dönmək üçün 12 saat gözlədikdıən sonra nəfəsi dayanıb və şerpa bələdçilər onu aşağı, dördüncü düşərgəyə aparıblar. Lakin onu xilas etmək mümkün olmayıb," deyə Peak Promotion-dan Kişav Podel bildirib.
Veteran şerpa Kami Rita zirvəyə qalxan insanlara bələdçilik edənlərdəndir. Hava şərati və yolun mürəkkəbliyi üzündən zirvəyə qalxanlar əksər hallarda 'şerpa' adlanan bələdçilərdən istifadə edir. Veteran şerpa Kami Rita zirvəyə qalxan insanlara bələdçilik edənlərdəndir. Hava şərati və yolun mürəkkəbliyi üzündən zirvəyə qalxanlar əksər hallarda 'şerpa' adlanan bələdçilərdən istifadə edir. Ekspedisiya təşkilatçıları avstriyalı alpinistin Tibetin şimal hissəsindəki dağda öldüyünü bildirib. 65 yaşlı alpinist zirvəyə yaxın nöqtədə - zirvədən qayıdarkən ölüb.
Çərşənbə günü bir hindistanli və bir amerikalı alpinistin öldüyü, keçən həftə isə daha bir hindistanlı vəı bir irlsndiyaslı alpinistin öldüyü bildirilmişdi.
Alpinizm böyük biznesdir
Nepalda alpinizm 1953-cü ildən, Edmund Hillari və Tenzinq Norgeyin ilk dəfə Evedest dağının zirvəsinə qalxmalarındanm sonra gəlirli biznesə çevrilib.
Kiçik Himalay ölkəsi təkcə bu il adambaşı $11 min dollara başa gəlməklə rekord 381 sayda vəsiqə paylayıb.
Havaların pisləşməsi zirvəyə qalxım günlərini azaldıb və nəticədə tıxac yaranıb.
Everest dağına qalxanları adətən Nepal bələdçiləri müşayiət edir. 750-dən çox alpinistin cari mövsümdə eyni yolla gedəcəyi gözlənilir.
Everest – Yür kürəsinin ən yüksək dağ zirvəsi sayılır. Dağın ən pik nöqtəsi dəniz səviyyəsindən 8848 metr yüksəklikdə yerləşir.
Dağ 19-cu əsrin ortalarında Britaniya Hindistanında geodeziya xidmətinə rəhbərlik etmiş ingilis Con Everestin şərəfinə adlandırılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?