GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Azərbaycan dövləti İran azərbaycanlılarını müdafiə etməlidirmi?

Azərbaycan dövləti İran azərbaycanlılarını müdafiə etməlidirmi?

Tarix: 11-07-2019, 13:28 Bölmə :Maraqlı Baxış: 596
Azərbaycan dövləti İran azərbaycanlılarını müdafiə etməlidirmi?


Son bir neçə gündə İranda milli fəallar həbs edilir, Azərbaycan dilində dərgilər və xəbər saytları qapadılır.

Gundemxeber.Az bildirir ki, bu haqda AzadlıqRadiosuna İran Azərbaycanında yaşayan milli fəal Siyamək Seyfiməlumat verib. O bildirir ki, indi onların fəaliyyəti daha da məhdudlaşdırılır. Milli fəallara qarşı yeni, ağır ittihamlar irəli sürülür:

“İran daxilində millətin iqtisadi və siyasi durumunun narahatçılığına görə basqılar daha da artıb. Son bir ayda Kazım Səfbəxşinin həbsindən sonra “Ağrı” və “Açıq yol” qəzetləri bağlanıb. Ardınca Abbas Lisani barəsində 8 il həbs, iki il sürgün hökmü verilib”.

Siyamək Seyfi deyir ki, son bir neçə gündə Abbas Lisanidən başqa Kazım Səfabəxş 13 il, Siyamək Mirzayin isə 3 il azadlıqdan məhrum ediliblər. Onlar qanunsuz təşkilatlar qurmaq kimi ağır cinayətlərdə ittiham olunur.

İranda baş verənlərə etiraz olaraq, bu gün iyulun 10-da Millətçi Gənclər təşkilatı İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Onlar İranda həbs olunanlara azadlıq tələb ediblər.

İranda baş verənləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışan, Amerikada yaşayan azərbaycanlı fəal Ramin Cabbarlı deyir ki, bu həbs və təzyiqlərin davamı gözlənilir. Onun fikrincə, son baş verənlər yeni həbs dalğasının davamıdır:

“İran daxilində insanların iqtisadi-siyasi durumdan narazılıqları, eyni zamanda İrana qarşı xarici təzyiqlər artığından hökumət milli fəalları nəzarətdə saxlamaq istəyir. Hər hansı etiraz aksiyalarının qarşısını almaq üçün azərbaycanlı milli fəallar həbs olunur. Onlar əsassız və sübutsuz qanunsuz təşkilatlar qurmaq kimi ağır cinayətlərdə ittiham olunurlar”.

Ramin Cabbarlı indiki durumu milli fəallar üçün Ruhaninin hakimiyyəti dövrünün ən ağır, sərt rejimi kimi dəyərləndirir.

O düşünür ki, İranda sanksiyalar ümumi narazılığı ciddi şəkildə artırıb, hakimiyyət fəallar və medianı təzyiqlərlə nəzarətdə saxlamağa çalışır. Onun sözlərinə görə, 20-dən çox fəal həbs olunub. O, bildirir ki, bunlar ictimiyyətə məlum olanlardır.

Azərbaycanda siyasi mühacir Babək Muğanlı deyir ki, bu məsələ diqqətdə saxlanmalıdır. Amma o təəssüflənir ki, bu qədər həbslər olmasına baxmayaraq, hər hansı ciddi addımlar atılmır:

“Lətif Həsəni 9 il, Əkbər Azad 10 il, Behnam Şeyxi 10 il, Abbas Lisani 8 il. Bu qədər həbslərə rəğmən dünya mediası bu haqda heç nə yazmır. Azərbaycan hökuməti heç olmasa bu fəalların azadlığa buraxılması ilə bağlı İran hökumətinə müraciət edə bilərdi. Heç müxalifət də bu məsələdə o qədər də fəal deyil”.

Millət vəkili Fazil Mustafa isə deyir ki, bu məsələyə dövlətin qarışması düzgün deyil:

“Azərbaycan dövlət olaraq İrandakı proseslərə qarışa bilməz. Amma ictimai fəallar vasitəsilə bu cür dəstəklər edilir. Dünya Azərbaycanlıları Konqresi, ictimai xadimlər bu məsələni gündəmə gətirir, dəstək verirlər. Orada insan haqlarının qorunması konteksində məsələyə münasibət bildirilir”.

AzadlıqRadisou Bakı sakinləri arasında rəy sorğusu keçirib:

​İran Azərbaycanında yaşayanlar öz ana dilində təhsil hüquqlarını, onların məişət və digər problemlərinin həllini tələb edirlər. Onların qarşılaşdığı ən böyük problemləri isə öz ana dillərində təhsil ala bilməmələridir. Buna görə ötən illərdə dəfələrlə, ana dilində mədrəsələr tələbi ilə etiraz aksiyaları olub.

İran hakimiyyəti ölkədə insan haqları pozuntularına dair məlumatları bir qayda olaraq rədd etsə də beynəlxalq insan haqları təşkilatları bir qayda olaraq bu ölkəni azadlıqların boğulmasına görə ən aşağı reytinqli dövlətlər sırasında göstərir.//AzadlıqRadiosu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gənclər İranın Bakıdakı Səfirliyi qarşısında aksiya keçirib

    Gənclər İranın Bakıdakı Səfirliyi qarşısında ...

    11-07-2019, 13:25

  • 
  • Abbas Lisani 8 il azadlıqdan məhrum edilib

    Abbas Lisani 8 il azadlıqdan məhrum edilib ...

    8-07-2019, 20:02

  • 
  • “İran Azərbaycanında uşaq nikahının artması problemi ciddiyə alınmalıdır”

    “İran Azərbaycanında uşaq nikahının artması ...

    29-05-2019, 15:19

  • 
  • İran Azərbaycanında milli fəallara bəraət hökmü və qiyabi mühakimə

    İran Azərbaycanında milli fəallara bəraət hökmü ...

    16-04-2019, 16:42

  • 
  • Güney azərbaycanlı milli-mədəni fəal Kazım Səfabəxş 13 il həbs cəzasına məhkum edilib

    Güney azərbaycanlı milli-mədəni fəal Kazım ...

    25-06-2019, 21:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu