Güney azərbaycanlı milli-mədəni fəal, Tehran sakini olan “Traxtur” futbol komandası tərəfdarlarının liderlərindən (azarkeşlərə başçılıq edən lider adlanır) biri Kazım Səfabəxş məhkəmə tərəfindən 13 il azadlıqdan məhrum edilib.
Hazırda Tehranın Evin zindanında məhbus həyatı yaşayan azərbaycanlı fəal yaxınları ilə əlaqə saxlayaraq bu barədə məlumat verib.
O bildirib ki, iyunun 24-də Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsinə müraciət edərək hakim Müqəyyesə tərəfindən şifahi olaraq açıqlanan hökmü dinləyib. Fəal 13 il həbs cəzasına məhkum edildiyini diqqətə çatdırıb.
Fəalın yaxınlarının verdiyi məlumata görə, hakim Müqəyyesə “bölücü qrupu yaratmaq və idarə etmək”, “ictimaiyyəti təşvişə salmaq” və “sistemin əleyhinə təbliğat aparmaq” ittihamlarına görə qanunda nəzərdə tutulan makzimum cəzanı tətbiq edib.
Hakim, Kazım Səfabəxşin adminlərindən olduğu Teleqram kanalını qrup yaratmağın sübutu kimi qiymətləndirib. Çıxarılan məhkəmə hökmündə fəalın Tehran Kitab Sərgisində iştirak etməsi, “Haray Haray mən türkəm” banneri ilə şəkil çəkməsi və Milli Sərdar Səttarxanın məzarını ziyarət etməsi irəli sürülən ittihamlara əsas verən dəlil kimi qeyd olunub.
Kazım Səfabəxş 2018-ci il noyabrın 25-də Tehranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Evin zindanının 209-cu kospusuna aparılıb. O sorğu-suala tutulduqdan sonra həbsxananın xüsusi bölümü olan 4-cü korpusa köçürülüb və hələ də həmin korpusda saxlanılır.
Azərbaycanlı fəalın yaxınları onun saxlanmasını Tehranın “Perspolis” komandasının liderlərindən olan Abbas İsmayılbeygi ilə yaşadığı qarşıdurma ilə əlaqələndirir. Abbas İsmayılbeygi sözdə hərəm müdafiəçiləri adlanan qüvvələrdəndir, onun Tehranın Ettelaat İdarəsi ilə əməkdaşlıq etdiyi ehtimal olunur.
Hakim tərəfindən şıfahi olaraq açıqlanan hökmə 20 gün ərzində etiraz etmək mümkündür.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?