Səudiyyə Ərəbistanında son illərdə qadınlara verilən hüquqların sayı artmaqdadır. Krallığın yeni qərarın görə, 21 yaşı tamam olan qadınlar artıq pasport almaq üçün sərbəst şəkildə müraciət edə biləcəklər. Buna qədər isə qadınlar, yalnız kişilərin müşayiəti ilə pasport ala bilərdilər.
Vəliəhd şahzadə Məhəmməd bin Salmanın idarəçiliyi altında bəyan edilən qərarlar bir çox mədəni və sosial sahədə cinsi bərabərlik gətirir.
Yeni qərarlara görə qadınlara aşağıdakı hüquqlar verilir:
uşaqların doğum haqqında şəhadətnaməsini ala bilmək, evlənmək və boşanmaq hüququ;
həyat yoldaşlarının, atalarının və ya başqa kişi qohumlarının icazəsi olmadan pasport ala bilmək hüququ;
kişilərin müşayiəti olmadan avtomobil sürə bilmək hüququ.
Yeni qərarnaməyə görə, cinsiyyətindən, yaşından, fiziki sağlamlığından asılı olmayaraq, bütün vətəndaşlar iş həyatında bərabərdirlər./Hurriyyet.org
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?