GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Tikinti mafiyası “xruşşovka”lara niyə göz tikib? (ARAŞDIRMA)

Tikinti mafiyası “xruşşovka”lara niyə göz tikib? (ARAŞDIRMA)

Tarix: 19-08-2013, 12:02 Bölmə :Maraqlı Baxış: 805
Tikinti mafiyası “xruşşovka”lara niyə göz tikib? (ARAŞDIRMA)
ANS PRESS dövlət pullarını mənimsəmək istəyənlərin yeni korrupsiya variantını ortaya çıxarıb


Müstəqil jurnalist İrfan Sapmaz 2000-ci il noyabrın 25-də Bakıda baş verən zəlzələ zamanı bütün Türkiyə əhalisini heyrətə salmışdı. “Təxminən 6 ballıq zəlzələ baş verir. Hazırda binalar silkələnir, amma yıxılanı yoxdur”,- deyə qonşu ölkənin “NTV” kanalının 21:00 xəbərlərinə canlı qoşulan jurnalist özü də heyrətini gizlədə bilməmişdi. Çünki türkiyəlilərin müqayisə etmək üçün acı nümunələri vardı. Təxminən iki il qabaq eyni gücdə baş vermiş Adana zəlzələsində onlarla yüksək mərtəbəli bina dağılmış və 150-yə yaxın insan dünyasını dəyişmişdi. Ən dəhşətlisi isə ölənlərin 100-dən çoxunun modern texnologiyalarla tikilmiş monolit-karkas binalara qurban getməsi idi. Adanada yeni tikilmiş bir mikrorayon yerlə yeksan olmuşdu. Bakının sovet texnologiyası ilə tikilmiş panel binalarına isə zəlzələ heç təsir göstərməmişdi.

Amma bununla belə, postsovet məkanında hazırda panel evlərə qarşı bir “soyqırım”hərəkatı başlanıb və xüsusilə də xalq arasında “xruşşovka” kimi tanınan 4-5 mərtəbəli panel binaların sökülməsinin vacibliyi barədə geniş təbliğat işinə başlanıb. Bu məsələdə Rusiya paytaxtı Moskva öndə gedir və hələ 2006-cı ildə bu şəhərin Taqan rayonun rəhbərliyi ərazidə axırıncı “xruşşovka”nın sökülməsi barədə raport vermişdi. Ukrayna paytaxtı Kiyevdə də “xruşşovka”ları sökmək üçün geniş kampaniya başlanmışdı, amma şəhər rəhərliyi belə binaların həddindən çox olmasını nəzərə alaraq məsələni 20-30 il təxirə salmağı qərara aldı. Azərbaycanda da “xruşşovka”ların sökülməsinin vacibliyi barədə tez-tez çıxışlar edirlər. İçərisində hətta dövlət məmurları da olan bəzi memarlar və iqtisadçılar bu binaların istismar müddətinin başa çatdığını iddia edirlər. Onların iddiasına görə, 1960-cı illərdə tikilmiş bu evlərin istismar müddəti cəmi 50 il imiş və 2010-cu ildən sonra onları mütləq sökmək lazımdır. Bəzən mətbuatda özünü hansısa memar təşkilatının sədri kimi təqdim edən şəxslər də qəribə şəkildə Azərbaycanda “yel xəstəliyinin”, yəni revmatizmin məhz “xruşşovka”lardan sonra yarandığını iddia edirlər və sonra da bu binaların mütləq sökülməsinin vacibliyini vurğulayırlar.

Bu deyilənlər nə dərəcədə doğrudur? Doğrudanmı “xruşşovka”ların istismar müddəti başa çatıb və onlarda yaşamaq belə təhlükəlidir? ANS PRESS-in araşdırması bu cür iddiaların əsassız olduğunu və bilərəkdən qızışdırıldığını ortaya çıxarıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (DŞAK) beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayevin ANS PRESS-ə verdiyi məlumata görə, “xruşşovka”ların və digər panel evlərin istismar müddətinin başa çatması barədə deyilənlərin heç bir əsası yoxdur: “Bu məsələdə ümumi danışmaq olmaz və beton binaya konkret istismar müddətinin qoyulması doğru deyil. Hər şey real şəraitdən asılıdır, nəzəri baxımdan beton binaların istismar müddəti yüz illərlə ölçülür. Amma hər hansı bina normal istismar edilmədikdə yararsız hala salına bilər”,- deyə DŞAK təmsilçisi vurğulayıb və hazırda komitənin bununla bağlı heç bir planının olmadığını bildirib: “Bakıda minlərlə “xruşşovka” var, Gəncədə və Naxçıvanda da çox sayda tikilib. Belə söhbətləri edənlər bilərəkdən əhali arasında çaxnaşma yaratmağa çalışırlar”. Eyni sözü, bu sətirlərin müəllifinə beton üzrə tanınmış mütəxəssis, professor Bünyad Sərdarov da bildirib. Alimin sözlərinə görə, Bakıda tikilmiş panel evlər yaxşı istismar edilərsə, 400-500 il əhaliyə xidmət göstərə bilər: “Sadəcə, binalara yaxşı baxmaq lazımdır”.

Hər iki mütəxəssisin dediklərini tikinti nəzəriyyəsi və MDB məkanında son illərdə aparılmış tədqiqatlar da göstərir. 1988-ci ildə Ermənistanın Spitak şəhərində baş vermiş 7,4 bal gücündə zəlzələ zamanı yalnız iki bina - 7 bal zəlzələyə davam gətirmək üçün nəzərdə tutulmuş panel doqquzmərtəbəli binalar salmat qalmışdı. Qazaxıstanın Almatı şəhərində yapon mütəxəssisləri tərəfindən aparılmış müayinə panel evlərin zəlzələyə ən davamlı olduğunu ortaya çıxarıb. MDB məkanında, o cümlədən Bakıda indi geniş tətbiq monolit-karakas üsulu ilə tikilmiş binaların möhkəmliyi isə panel evlərdən xeyli aşağı olub və bu, təbiidir - monolit binalar panel binalardan 5 dəfə ucuz başa gəlir. Moskvada panel binaların tikintisi indi də davam edir və şəhər merinin müavini Marat Xusnullinin bu yaxınlarda mətbuata verdiyi məlumata görə, yerin qiyməti və infrastruktur xərcləri çıxıldıqdan sonra panel binalarda 1 kvadarmetrin qiyməti təxminən 45 min rubla, yəni 1071 manata başa gəlir. Amma monolit binalarda isə tikinti işləri kvadratmetr üçün 200 manatdan artıq pul tutmur. Qeyd edək ki, Sovet İttifaqı kütləvi olaraq panel binaların tikintisinə başlayan zaman, bu cür bahalı texnologiya seçməsi bütün dünyanın heyrətinə səbəb olmuşdu və 1963-cü ildə Amerikanın “LIFE” jurnalı Moskvadakı kütləvi tikinti prosesindən fotoreportaj dərc etdirmişdi. Amerikalı fotoqraf Sten Veyman binaların özülünün qoyulmasından əhalinin mənzillərə yerləşməsinə qədər bütün prosesi işıqlandırmışdı. Fotoreportajda açıqca görünür - mənzillər qutu şəklində üst-üstə qoyularaq qaynaq edilir ki, bu da onların istənilən zəlzələ zamanı uçub tökülmə ehtimalını sıfra endirir. Yəni istənilən halda, hətta bəzi qaynaq nöqtləri qopsa belə, “xruşşovka”lar yeni tikilən monolit-karkas evlərdən daha möhkəmdir və tikinti nəzəriyyəsi Rusiya şəraiti üçün onların istismar müddətini 150-200 il nəzərdə tutur. DŞAK təmsilçisi Cahangir Qocayev isə Azərbaycanda “xruşşovka”lar üçün konkret istismar müddəti qoymağı düzgün saymır: “Rusiyaya baxmayın, orada şaxtalar betonu, panellərin birləşmə yerlərində amortizasiya üçün qoyulmuş rezini keyfiyyətdən sala bilər. Bizdə elə şaxtalar olmur”.

Lakin Moskvadan daha sərt kontinental iqlimə malik Almatıda aparılmış müayinələr göstərir ki, hətta ilk tikilmiş 4 mərtəbəli binalarda belə betonda və birləşmə elementlərində dağılma yoxdur. Yalnız 1959-1962-ci illərdə tikilmiş binaların bəzilərində su düşmüş yerlərdə korroziya elementləri müşahidə edilib ki, bu da binanın ümumi möhkəmliyinə təsir etmir. Sonrakı illərdə tikilmiş binalarda isə heç bir dəyişmə müşahidə edilməyib. İki Almaniya birləşdikdən sonra alman mütəxəssisləri Şərqi Almaniyada sovet texnologiyası ilə tikilmiş binaları yoxlayıblar, onları təhlükəsiz və istismara yararlı sayıblar.

Bəs müxtəlif ölkələrin təcrübəsi bu binların istismara yararlı olduğunu ortaya çıxardığı halda, postsovet paytaxtlarından onların sökülməsi barədə niyə belə xorla təbliğata başlayıblar? Hər halda, bu paytaxtlarda sökülməsi vacib olan və daha ucuz başa gələn geniş zonalar var. Məsələn, Bakıda Dağüstü məhəllə, Kubinka, Papanin, Xutor, Alatva və Yasamal sakinləri daima bununla maraqlanırlar, çünki darısqal və heç bir yaşıllığı olmayan yarımxaraba bu məhəllələrin sökülməsi məsələsi artıq 30 ildir ki, gündəmdədir və həll edilə bilmir. Başqa postsovet paytaxtlarında da belə yarımxaraba zonalar yetərincədir. Belə olan halda, bəzi “ekspert”lər “xruşşovka”ların sökülməsində niyə belə israrlıdır? ANS PRESSin araşdırmasına görə, məsələnin kökündə Moskva təcrübəsi dayanır.

Rusiya paytaxtında “xruşşovka”lar sökülərkən xüsusi dövlət yerləşdirmə proqramı tətbiq edilir və yeni karkas binalarda adambaşına 18 kvadratmetr mənzil verilir. Yəni yaşayış sahəsi 17 kvadratmert olan 1 otaqlı mənzilin sahibi 3-4 nəfərlik gənc ailəyə 54-66 kvadaratmetrlik yeni mənzil verilir. Bu, əhali arasında 1-2 otaqlı “xruşşovka”ları populyar edib, yəni ailələr prosesdən müəyyən qədər qazanclı çıxırlar. Amma ən çox qazanan korrupsioner məmurlar tərəfindən dəstəklənən iri tikinti şirkətləri olub, Rusiyada 1990-cı illərdə bəzi sıfırdan başlamışların indi oliqarx kimi tanınmasında məhz dövlət pullarının bu cür mənimsənilməsinin rolu az deyil. Sadəcə, bu binaların sayı elə də çox olmayıb və buna görə də ictimaiyyətin diqqətini cəlb etməyib. Məsələn, Moskvanın Taqan rayonunda cəmi 50 belə bina olub. Onu da yavaş-yavaş 7-8 ilə söküblər.

Moskvada “xruşşovka”ları sökərkən əsas kimi onların komfortsuz - yayda isti, qışda soyuq olmasını göstərirlər. Çünki bu binaların paneli sonra tikilmiş binalarınkına baxanda nazikdir. Yəni sonradan Orta Asiyanın istiləri və Rusiyanın şimal zonaların soyuğu nəzərə alınaraq panellər xeyli qalınlaşdırılıb. Məsələ ilk baxışdan həll edilməz kimi görünür və Moskvada “fəaliyyət göstərən” tikinti mafiyası məhz bundan istifadə edərək dövlət pullarını mənimsəyir. Amma Cahangir Qocayev “xruşşovka”ların bu probleminin həll edilən olduğunu bildirir: “Almaniyada bu binaların hamısına üzlük çəkildi. Bu, həmin binalardan istilik itkisinin qarşısını aldı”. Türkiyədə də Bolqarıstan və Axıska türkləri üçün tikilmiş mikrorayonlarda da “xruşşovka”ların təcrübəsi nəzərə alınıb. Lakin orda qaz xətləri çölə çıxarılmaqla binalar daha təhlükəsiz hala gətirilib. Su xətləri bloka çıxarılıb, kanalizasiya xətti isə hamamlarda açıq aparılır ki, bu da onların korroziyaya səbəb olmasına imkan vermir. Yəni sovet binalarındakı şaxta sistemindən imtina oxşar binaların istismarını xeyli asanlaşdırıb. Yəni bu kimi kosmetik dəyişikliklər sovet bunalarına da tətbiq edilər bilər.

Və artıq edilməkdədir, artıq Bakıda və digər şəhərlərdə artıq bəzi panel binaların üzləniməsinə başlanıb, həmçinin bir çox binalarda kommunikasiylar şaxtadan kənara çıxarılıb. Bu, həmin binalarda yaşayışı daha komfortlu edib. Əgər həmin təcrübə bütün binalarda tətbiq edilərsə, sakinlərin sağlamlığı ilə yanaşı dövlət büdcəsi də qorunmuş olar - ən azından korrupsiya pulları ilə şişməyə çalışan tikinti şirkətlərinin bəd niyyətləri çin olmaz.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • Tovuzda iki ev yandı, ev sahibinin asılmış meyiti tapıldı

    Tovuzda iki ev yandı, ev sahibinin asılmış meyiti ...

    23-07-2016, 21:12

  • 
  • "Heç kimdən qorxmuram"

    "Heç kimdən qorxmuram" ...

    23-07-2016, 13:22

  • 
  • Etiraz aksiyasında partlayış: 61 ölü, 170 yaralı - YENİLƏNİB

    Etiraz aksiyasında partlayış: 61 ölü, 170 yaralı ...

    23-07-2016, 17:16

  • 
  • “Bakıda 8-9 bal gücündə zəlzələ proqnozlaşdırılır” – Qurban Yetirmişli

    “Bakıda 8-9 bal gücündə zəlzələ ...

    7-09-2015, 17:46


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu